Manatın məzənnəsi daha 0,016 bənd azalıb: bu gün dolların manata qarşı rəsmi məzənnəsi 1 USD-yə 1,7867 AZN təşkil edir, halbuki ötən həftə bir dollar 1,7707 manat idi.
Bu dəfə manatın məzənnəsinin düşməsinə səbəb Azərbaycan Mərkəzi Bankının valyutanın üzən məzənnəsinə keçmək və milli valyutanın dəyişməsi üçün mövcud 4%-lik marjanın ləğv olunması ilə bağlı məlumatı olub. Üzən məzənnə rejiminə keçidin dəqiq tarixi hələlik məlum deyil.
İqtisadçı ekspert Toğrul Maşallının izah etdiyinə görə, indi banklar valyutanı onlara xeyir edən məzənnə ilə özlərinin valyutaya olan ehtiyacından çıxış edərək, alıb-sata biləcəklər: “Banklar valyutanı Mərkəzi Bank və ya Dövlət Neft Fondundan alır, əvvəllər onlar 4%-lik limit çərçivəsində qiyməti qaldıra və ya sala bilərdilər. Əslində limitin ləğvi qara bazarda alver etmək istəyini, inflyasiyanı azaltmalı və onun proqnozlaşdırılmasını asanlaşdırmalıdır. Amma başqa bir problem də var – Mərkəzi Bank banklar tərəfindən dolların satışına limit qoyub, yəni dollar yenə də hamıya çatmır və manat yenə də ucuzlaşacaq”.