Macarıstan hökuməti Corc Soros tərəfindən yaradılan müstəqil universiteti bağlamağa hazırlaşır
Paylaşmaq
Paylaşmaq
Macarıstan hökuməti ölkənin hüdudlarından kənarda qeydiyyatdan keçən təhsil müəssisələri üzərində nəzarəti gücləndirmək niyyətində olduğunu bildirib. Zərbə ilk növbədə məşhur Mərkəzi Avropa Universitetinə dəyə bilər, burada Soros Fondunun dəstəyiylə o cümlədən də Qafqazın müxtəlif ölkələrindən yüzlərlə gənc müxtəlif səviyyəli diplomlar alıb.
Mərkəzi Avropa Universiteti Budapeştdə 1991-ci ildə, Sovet İttifaqı dağılandan dərhal sonra Corc Sorosun dəstəyiylə yerli ziyalılar qrupu tərəfindən yaradılıb. Universitet demokratik cəmiyyəti inkişaf etdirməyə kömək edən və keçmiş Sovet İttifaqı, Mərkəzi və Şərqi Avropa ölkələrinə Avropa bilikləri və dəyərlərini gətirən mərkəz olmalıydı, oldu da.
Universitet ABŞ-da qeydiyyatda olsa da, Macarıstan qeydiyyatı var.
Bu unikal təhsil mərkəzinin bağlanmasına qarşı etiraz məktubu ilə onun rektoru Maykl İqnatyev çıxış edib.
“Macarıstan hökuməti bilavasitə müstəqil Mərkəzi Avropa Universitetinin mövcudluğuna təhlükə yaradan qanun işləyib hazırlayır. Proqramlarımızın akkreditasiyadan keçməməsi ilə bağlı sözlər yalandır. Qeydiyyat müddətini ötürməyimizlə bağlı səslənənlər də həqiqətə uyğun deyil”, – rektorun açıq məktubunda deyilir.
Onun sözlərinə görə, parlamentə göndərilən qanun layihəsi ümumilikdə diskriminasiya xarakteri daşıyır.
Müşahidəçilər isə hesab edir ki, ideya Macarıstanın baş naziri Viktor Orbanadan gəlir və qarşıdan gələn 2018-ci il parlament seçkiləri ərəfəsində öz mövqelərini möhkəmləndirmək cəhdiylə bağlıdır.
Macarıstanın baş nazirinin siyasi aktivi:
[yes_list]
O, ABŞ və Avropa İttifaqı tərəfindən Ukraynadakı müharibə ilə bağlı olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxış edir.
Avropaya başqa ölkələrdən miqrasiyaya qarşı çıxış edir.
ABŞ-da Donald Trampın hakimiyyətə gəlişini böyük sevinclə qarşıladı.
Yerli liberal politoloqların fikrincə, Viktor Orban və onun “Fides” partiyası 2010-cu ildən hakimiyyət başında olmaqla, Macarıstanda “mafiya dövləti” yaradıblar və burada hakimiyyət partiya və şəxsən Orbanla əlaqəli olan qrupun əlindədir.