“Lariləşdirmə” haqda qanunvericilik paketinə əsasən 2015-ci il yanvarın 1-ə qədər xarici valyuta ilə kredit götürən fiziki şəxslər istəyərlərsə iki aylıq proqrama qoşulub öz kreditlərini lariyə çevirə bilərlər.
Vətəndaşlara 40 min dollara qədər olan kreditlərini güzəştli məzənnə ilə – 1 dollar hazırkından 0,2 lari ucuz – lariyə çevirmək imkanı verilir.
Subsidiya 2016-cı il 28 noyabr tarixinə qədər ümumi kredit borcu 100 min dolları aşanlara aid edilməyəcək.
Borc alanlar 5 gün müddətində “lariləşdirmə” ilə bağlı bankdan gələcək xəbərdarlığı gözləyə və ya proqramda iştirak etmək üçün özləri banka müraciət edə bilərlər.
Milli Bankın məlumatına görə “lariləşdirmə” proqramı təxminən 27 minnəfərə tətbiq ediləcək.
Paket kreditlərin “lariləşdirilməsindən” başqa əlavə bir sara yeniliklər də nəzərdə tutur:
Onlayn-kreditlər üzrə faiz dərəcəsinin maksimum yuxarı həddi 100 faizdən artıq olmamalıdır.
Əmlakın satılması və ya xidmət göstərilməsi, həmçinin bunların təklif və reklam edilməsi zamanı qiymət ancaq milli valyutada göstərilə bilər.
Kreditlərin verilməsi, o cümlədən kredit müqaviləsinin pozulmasına görə maliyyə sanksiyaları ilə bağlı komissiya rüsumları, faizlər, istənilən xərclərin həcmi kreditin əsas məbləğinin iki qatını aşa bilməz.
100 min laridən, növbəti mərhələdə isə 200 min laridən az olan kreditin xarici valyuta ilə verilməsi qadağandır.
Qanunvericilik paketinin qəbul edilməsinin əsas səbəblərindən biri larinin məzənnəsinin son zamanların rekord göstəricisinə çatacaq qədər kəskin düşməsidir. Milli Bankın məzənnəsinə görə, bu gün 1 lari 2,70 lariyə bərabərdir.