Lənkəranda itmiş it iki gündən sonra Bakıda tapıldı – VİDEO
Bu günlərdə Azərbaycanda maraqlı və az qala inanılmaz hadisə baş verib.
Lənkəranda yaşayan Aytən adlı qız sosial şəbəkələrdə 2 yaşlı, Pia adlı itinin itdiyini bildirib və tapanlardan ona zəng etməsini xahiş edib.
İntizarında olduğu zəng Aytənə iki gündən sonra Bakıdan edilib. Lənkərandan bakıya avtomobillə gələn bir şəxs Pianı yolun kənarında görüb və özü ilə paytaxta gətirib. Bundan sonra o, sosial şəbəkədəki elana rast gəlib və Aytənə zəng edib.
Aytənin Bakıdakı rəfiqələri isə Pianı Lənkərana çatdırıblar.
JAMnews bununla bağlı hazırladığı videonu diqqətinizə çatdırır.