İran hakimiyyəti 18 koronavirusa yoluxma və 4 ölüm halı haqda məlumat verib – Radio Free Europe xəbərində belə deyilir. Buna qədər beş xəstəlik halı haqda bildirilmişdi.
Xəstələnənlərin çoxu və ölənlərin dördü də Qum şəhərinin sakini və ya az əvvəl ora səfər etmiş insanlardır. Qum İranın dini mərkəzidir. Epidemiya təhlükəsi üzündən bütün məktəblər və mədrəsələr bağlanıb, kütləvi namazlar təxirə salınıb.
İran Çinə avia-reysləri dayandırdığını elan edib. Məhdud sayda təyyarə uçuşlarına yalnız iranlıların Çindən evakuasiyası və çinli fəhlələrin öz evlərinə qaytarılması üçün icazə verilib.
Çin İranın ən mühün ticarət tərəfdaşıdır – bu ölkə Amerikanın tətbiq etdiyi sanksiyalara rəğmən İran neftini almağa davam edir. İran cəmiyyəti hakimiyyətin xəstələrin və ölənlərin sayı ilə bağlı açıqladığı məlumatlara şübhə ilə yanaşır.
İranın sosial şəbəkələri insanların tibb işçilərinin kimyəvi müdafiə kostyumlarında onların yaxınlarını xəstəxanaya aparması və hakimiyyətin ölümlərin səbəbini açıqlamaqdan imtina etməsi haqda yazdıqları hekayələrlə doludur.
Dünyada koronavirusun xronologiyası
23 fevral
Fevralın 23-ə olan məlumata əsasən, dünyada 77,968 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstələnənlərin mütləq əksəriyyəti hələ də Çinin Xubey əyalətinin payına düşür.
Amma virusun digər ölkələrdə yayılması statistikası da artıb. Cənubi Koreyada 433, Yaponiyada 122, İtaliyada 62, ABŞ-da 32 nəfərdə xəstəlik aşkarlanıb.
Həmin günə qədər virusdan 2,362 nəfər ölüb, 21,259 nəfər sağalıb.
Xəstəliyin dünyada yayılmasını onlayn-xəritədənizləmək mümkündür.
İran və İraq sərhədində koronavirus yoxlanışı. REUTERS/Essam al-Sudani