Qafqazda koronavirus. 25-27 aprel, 2020
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları336211Yoluxanlar1,6781,826496Yeni ölənlər+1+10Ölənlər22296Sağalanlar1,161848149 -
Azərbaycanda daha bir ölüm
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 22 nəfər ölüb.
Sutka ərzində 33 nəfər xəstələnib, epidemiya başlayandan 1678 yoluxma halı qeydə alınıb.
1162 nəfər artıq sağalıb.
Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
-
İtaliya yenidən “açıq havada” dəfn mərasimlərinə icazə verir, dini liderlər isə kilsələrdə dini ibadətlərin icazə verilməsini tələb edir
İtaliyanın baş naziri Cuzeppe Konte ənənəvi dəfn mərasimləri qadağasının mayın 4-də ləğv ediləcəyini deyir, amma qismən: ancaq açıq havada və maksimum 15 nəfər ailə üzvünün iştirakı ilə.
Bu qərara qarşı italyan yepiskopları birgə bəyənatla çıxış edib. Onlar kilsələrin açılmasını və “camaatla dini ayinlər”in keçirilməsini tələb edirlər.
Hökumət “ilk imkanda” bu icazənin veriləcəyinə söz verir.
İtaliya dünyada ABŞ və İspaniyadan sonra koronavirusa yoluxma sayına görə üçüncü yerdədir. Aprelin 27-də 197,675 yoluxan adam olub. Onlardan 26,644 nəfər ölüb.
Aprel 12-də İtaliya kilsələrində təntənəli Pasxa bayramı belə keçirilib. Roma Papası və İtaliya hökümətinin qərarına əsasən, kilsələr bağlıdır.
Rahib don Cankarlo Rucieri cənubda yerləşən kiçik San-Corcio şəhərində öz kilsəsində təkdir. Kilsəyə həmişə gələn dindarları onların skamyalara yapışdırılmış şəkilləri ilə əvəz edir.
Foto Reuters
-
Şimali Osetiyada xəstəlik partlayışı – sutka ərzində 148 yoluxma halı
Xəstələnənlərin ümumi sayı 549 nəfərdir.
Epidemiya başlayandan 60 nəfər xəstələnib, iki nəfər ölüb.
Şimali Osetiyada koronavirusa yoluxanların sayının kəskin artması aprelin 20-də Vladiqafqazda iki minə yaxın insanın mitinqdə iştirakı ilə bağlı ola bilər.
Bu, əsasən koronavirus epidemiyasına inanmayan insanların üsyanı idi. Onlar özünütəcrid rejiminin dayandırılmasını, biznesin və məktəblərin açılmasını, bir də Şimali Osetiya başçısı Bitarovun istefaya göndərilməsini tələb edirdilər.
-
Rusiya koronavirus hallarının sayına görə Çini geridə qoyub
Rəsmi məlumata görə, Rusiyada 87,147 yoluxma halı qeydə alınıb. Çində yenə də rəsmi məlumata görə, onların sayı 83,912 nəfərdir.
Yalnız son sutka ərzində Rusiyada altı mindən çox insan xəstələnib.
Yaponiya aprelin 29-dan etirabrən gəlməmişdən iki həftə əvvəl Rusiya, Ukrayna və ya Belarusda olan insanların ölkəyə girişini qadağan edib.
• “Pişiklərimi yemləyin, mən də evdə qalım” – Rusiyada internetdə çoxminlik “etiraz aksiyası”
-
Ermənistanda daha bir ölüm
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 29 nəfər ölüb.
Sutka ərzində 62 nəfər xəstələnib, epidemiya başlayandan 1826 yoluxma halı qeydə alınıb.
Onlardan 848 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda 11 yeni infeksiya meydana gəldi, cəmi 496
Epidemiya başlayandan 6 nəfər ölüb.
149 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib.
Gürcüstanda məhdudiyyətlərin yumşaldılmasının birinci mərhələsi başlayıb.
Gürcüstanda şəxsi avtomobillərin və taksilərin hərəkətinə yenidən icazə verilib.
İnternet-mağazalar işə düşüb.
Ərzaq və istənilən növ malların evlərə çatdırılması xidməti bərpa edilib.
Açıq tipli aqrar bazarlar yenidən açılıb.
Gürcüstanın bütün ərazisində bu məhdudiyyətlər aradan qaldırılıb, karantin elan olunmuş şəhər və kəndlərdən başqa.
O cümlədən də mayın 24-ə qədər paytaxt Tbilisi və Gürcüstanın üç iri şəhəri – Rustavi, Batumi və Kutaisi bağlı qalacaq. Yalnız iki günlük istisna edilib, aprelin 27 və 28-də qəfil karantin elan olunan zaman başqa yerlərdə qalan insanlara öz evlərinə qayıtmağa icazə veriləcək.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri aradan qaldırılmayıb. İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı qüvvədə qalır.
Məhdudiyyətlərin mərhələli şəkildə, hər iki həftədən bir hissə-hissə aradan qaldırılması nəzərdə tutulub, əgər epidemioloji dinamika müsbət olsa.
• Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
• Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
-
Azərbaycanda məhdudiyyətlərin yumşaldılmasının ilk mərhələsi başlayıb
Azərbaycanda karantin rejiminə görə bağlanan mağazaların əksəriyyəti, ticarət mərkəzlərində yerləşənlər istisna olmaqla, açılıb.
Repetitor fəaliyyətinə də icazə verilib.
Bazarlar hələ də bağlıdır.
Nəqliyyatın hərəkətinə tətbiq olan məhdudiyyət qalır – avtobuslar işləyir, metro bağlıdır, marşrutkalar qadağan edilib.
İnsanların hərəkətinə də qoyulan məhdudiyyət aradan qaldırılmayıb – evdən çıxmaq üçün hakimiyyətdən sms ilə icazə almaq lazımdır. Amma əgər indiyə qədər bu icazə gündə bir dəfə iki saatlıq verilirdisə, indi gündə üç saata qədər uzadılıb.
Karantin rejimi mayın 4-ə qədər davam etməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının fikrincə, yoluxmaların sayının artım və daha sonra azalma göstəriciləri epidemiya pikinin artıq geridə qaldığını gösrətərə bilər.
• Şərh. Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı?
-
Gürcüstanda məhdudiyyətlərin yumşaldılmasının birinci mərhələsi başlayıb
Gürcüstanda şəxsi avtomobillərin və taksilərin hərəkətinə yenidən icazə verilib.
İnternet-mağazalar işə düşüb.
Ərzaq və istənilən növ malların evlərə çatdırılması xidməti bərpa edilib.
Açıq tipli aqrar bazarlar yenidən açılıb.
Gürcüstanın bütün ərazisində bu məhdudiyyətlər aradan qaldırılıb, karantin elan olunmuş şəhər və kəndlərdən başqa.
O cümlədən də mayın 24-ə qədər paytaxt Tbilisi və Gürcüstanın üç iri şəhəri – Rustavi, Batumi və Kutaisi bağlı qalacaq. Yalnız iki günlük istisna edilib, aprelin 27 və 28-də qəfil karantin elan olunan zaman başqa yerlərdə qalan insanlara öz evlərinə qayıtmağa icazə veriləcək.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri aradan qaldırılmayıb. İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı qüvvədə qalır.
Məhdudiyyətlərin mərhələli şəkildə, hər iki həftədən bir hissə-hissə aradan qaldırılması nəzərdə tutulub, əgər epidemioloji dinamika müsbət olsa.
• Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
• Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
-
Dağıstanda pnevmoniyadan onlarla insan ölüb, amma bu statistika COVID-19-a aid edilməyib
Rusiyalı müxalifətçi Aleksey Navalnı öz Telegram kanalında statusundan sitat gətirəndən sonra məşhurlaşan dağıstanlı həkim Danial Alxasovun Facebook səhifəsində elə bundan bəhs edilir.
“Şöbə ANCAQ pnevmoniya ilə işləyir… Dağıstanın kiçik şəhərinin ancaq bir xəstəxanasında işlədiyim 4 gün ərzində 12 nəfər ölüb. Epidemiyanı, pnevmoniyanın necə inkişaf etdiyini, məhz kimin öldüyünü və sairəni nəzərə alsaq, görünən odur ki, hamısının səbəbi koronaviruslu pnevmoniyadır.
Amma rəsmi statistikaya baxsaq (стопкоронавирус.рф), Dağıstanda bütün epidemiya dövründə koronavirus infeksiyasından (ağırlaşmadan) cəmi 11 nəfər ölüb.
Ehtimal etmək olar ki, ölkədə qalan bütün statistika da təxminən eynidir və ölənlərin statistikası worldmeters.info və ya digər mənbədə göstərilən saydan qat-qat (minimum bir pillə qədər) daha çoxdur”.
“U Rasula” nikli populyar Telegram blogeri belə statistika gətirib:
Aprelin 27-də Dağıstanda rəsmən qeyd olunanlar:
Covid-19 — 827 hal, pnevmoniya — 1,649.
Covid-2019 virusundan 11 nəfər, pnevmoniyadan isə 51 nəfər ölüb.
-
Gürcüstan: Kvemo-Kartli regionunda Tetritskaroda 19 tibb işçisi yoluxub, şəhər karantinə bağlanıb
Yoluxanların 12 nəfəri həkimdir.
Tetritskaro şəhərinin ümumilikdə 12 sakinində koronavirus təsdiqlənib, orada epidemioloqlar işləyir.
Şəhərə giriş və çıxış qadağan edilib, yolda dörd nəzarət-buraxılış məntəqəsi qoyulub.
“Tibb işçiləri müdafiə olunmayıb, onların lazımi avadanlıqları, mütəmadi testdən keçmək, daimi hazırlıq imkanı yoxdur. Buna görə də tibb personalı özü virus mənbəyinə çevrilib, axı onlar “təcili yardımda” işləyirlər və ailə həkimləri kimi çox sayda insanla təmasda olurlar”, – Gürcüstanın keçmiş səhiyyə naziri, müxalif “Avropa Gürcüstanı” partiyasının sədri Zurab Çiaberaşvili bildirir.
Gürcüstanda epidemiyanın başlamasından bəri cəmi 485 nəfər xəstələndi.
6 nəfər öldü, 139-ü sağaldı və xəstəxanadan buraxıldı.
• Şərh: Gürcüstanda koronavirusla mübarizə – qaranlıqda dolaşmaq kimi
• Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları286929Yoluxanlar1,6451,746485Yeni ölənlər00+1Ölənlər21286Sağalanlar1,139833139 -
Azərbaycanda 28 yeni yoluxma halı, ümumilikdə 1,645 olub
Epidemiya başlayandan 21 nəfər ölüb.
1,139 nəfər artıq sağalıb.
Aprelin 27-dən Azərbaycanda karantin rejiminə görə bağlanan demək olar ki, bütün mağazalar (ticarət mərkəzlərində yerləşənlər istisna olmaqla) açılacaq. Repetitor fəaliyyətinə də icazə verilib.
Bu, mayın 4-də bitməli olan karantin rejimindən çıxmağın ilk mərhələsidir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının fikrincə, yoluxmaların sayının artım və daha sonra azalma göstəriciləri epidemiya pikinin artıq geridə qaldığını gösrətərə bilər.
• Şərh. Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı?
-
Ermənistanda 69 yeni yoluxma halı, Şirak vilayətinin kəndlərində karantin uzadıldı
Ümumilikdə, epidemiyanın başlamasından bəri Ermənistanda 1,746 nəfər xəstələnib.
28 nəfər ölüb, 83 nəfər sağalıb və xəstəxanadan evə yazılıb.
Ümumiyyətlə, 17,931 test aparılıb, son gün ərzində testlərin sayı 790 olub.
Daxili virus yayılması təhlükəsinin mövcud olduğu Şirak vilayətinin Maralik və Dzorakap kəndlərində və Vardenis şəhərində karantin daha beş gün müddətinə uzadılıb.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Abxaziyada 95 yaşlı qadın koronavirusdan ölüb
COVID-19 diaqnozu hələ aprelin 11-də qoyulmuşdu, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina etmişdi və vəziyyəti xeyli pisləşdikdən sonra – aprelin 20-də nəhayət, buna razılaşmışdı.
Abxaziyada aprelin 26-sı tarixinə 3 koronavirusa yoluxma halı qeydə alınıb. İki nəfər sağalıb və xəstəxanadan evə yazılıb.
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları258129Yoluxanlar1,6171,677485Yeni ölənlər00+1Ölənlər21286Sağalanlar1,080803139 -
Gürcüstanda altıncı ölüm və 29 yeni hadisə
Gürcüstanda baş verəndən bu yana 485 nəfər xəstə idi.
139 nəfər sağaldı.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib. Ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlıdır. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, şəxsi maşınlarla hərəkət etmək, məzarlıqları ziyarət etmək olmaz, ictimai yerlərdə, qapalı məkanlarda maska taxmaq lazımdır. Bütün ölkə ərazisində 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili epidemiya təhlükəsinə görə paytaxt Tbilisi və bir sıra şəhərlər: Kutaisi, Batumi, Rustavi, Marneuli, Bolnisi və Lentexi karantin altına alınıb. Ölkənin müxtəlif regionlarında bir neçə kənd də təcrid olunub.
• Gürcüstan hökumətinin böhran əleyhinə planı – kimə və necə kömək edəcəklər?
-
Şimali Osetiyada xəstəlik hallarının artması. Vladiqafqaz Cənubi Osetiyadan ağciyərlərin süni ventilyasiyası aparatlarının verilməsini xahiş edir
Bir gün ərzində Şimali Osetiyada COVID-19-a 53 yoluxma halı qeydə alınıb. Rəsmi məlumatlara görə, yoluxanların ümumi sayı 401-ə çatıb. Üç nəfər ölüb. Fəallar və həkimlər deyir ki, real rəəmlər xeyli çox ola bilər.
Respublikanın başçısı Vyaçeslav Bitarov Cənubi Osetiyanın başçısı Anatoli Bibilova zəng edib və xahişini bildirib ki, Vladiqafqaza ağciyərlərin süni ventilyasiyası aparatları göndərilsin.
Cənubi Osetiyada hələlik koronavirusa yoluxmanın bir halı belə qeydə alınmayıb. Respublikaya bütün girişlər başlıdır, biznesə məhdudiyyətlər qoyulub.
Şimali Qafqazda ümumilikdə sutka ərzində 353 yeni hal qeydə alınıb, Dağıstan xəstəliyə yoluxmuş 724 nəfərlə liderlik edir.
• Şimali Qafqazda koronavirus: bütün regionlar yoluxub
Vladiqafqaz, foto Yandex
-
11 ölkədə 50 mindən artıq xəstəlik halı, beş ölkədə - 20 mindən artıq ölüm. Cədvəllər
Dübnya üzrə koronavirusdan ölənlərin sayı 200 min nəfəri keçib.
Yoluxanların sayı üç milyona yaxınlaşır.
Ən çox zərər çəkmiş ölkə ABŞ-dır. Burada az qala bir milyon nəfər yoluxub, 55 minə yaxın adam ölüb.
İspaniya yoluxma hallarının aşkarlanması üzrə ikinci yerdədir – 223,795, bundan sonra İtaliya gəlir – 195,351.
Yoluxma statistikası
WorldTotal cases 2,921,513USA960,896Spain223,759Italy195,351France161,488Germany156,513UK148,377Turkey107,773Iran89,328China82,827Russia74,588Brasil59,324Ölüm statistikası
WorldTotal deaths 203,299USA54,265Italy26,384Spain22,902France22,614UK20,319 -
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 25 81 25 Yoluxanlar 1,617 1,677 456 Yeni ölənlər 0 +1 0 Ölənlər 21 28 5 Sağalanlar 1,080 803 131 -
Azərbaycanda 25 yeni yoluxma halı, ümumilikdə 1,617 olub
Epidemiya başlayandan 21 nəfər ölüb.
1,080 nəfər artıq sağalıb.
Aprelin 27-dən Azərbaycanda karantin rejiminə görə bağlanan demək olar ki, bütün mağazalar (ticarət mərkəzlərində yerləşənlər istisna olmaqla) açılacaq. Repetitor fəaliyyətinə də icazə verilib.
Bu, mayın 4-də bitməli olan karantin rejimindən çıxmağın ilk mərhələsidir.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının fikrincə, yoluxmaların sayının artım və daha sonra azalma göstəriciləri epidemiya pikinin artıq geridə qaldığını gösrətərə bilər.
• Şərh. Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı?
-
Dünyada koronavirusdan ölümlərin dörddə birindən çoxu ABŞ-dadır
ABŞ bu faciəvi göstəriciyə ilk təsdiq olunmuş ölüm faktından sonra keçən üç aydan da tez müddətdə çatıb.
Artıq 52 min nəfərdən çox amerikalı ölüb. Bu rəqəm hər gün yalnız yeni ölümlərin hesabına deyil, həm də başqa vəfat edənlərin analizlərinin nəticələrinə görə artır, halbuki ilkin olaraq sonuncular koronavirusla əlaqələndirilmirdi.
ABŞ-da 926 mindən çox adam yoluxub.
Aprelin 25-nə olan vəziyyətə görə, pandemiyadan 198,537 nəfər ölüb. 2 milyon 855 min nəfər xəstələnib.
Lidiya Hassebruk pandemiyanın dünya “episentrdə episentri” olan Nyu-Yorkda, Bruklində yaşayır, karyerasına yeni başlayan balerinadır. Zərərçəkmişlərin mütləq əksəriyyəti məhz Nyu-Yorkdadır. Lidiya artıq iki aydır ki, evdən balet öyrənir, müəllim dərsləri distant yolla – xüsusi kompüter proqramı vasitəsilə keçir.
Foto REUTERS / Caitlin Ochs
-
Gürcüstanın Bolnisi rayonunun kəndlərində 19 yeni yoluxma halı, bu rayon martın 25-dən karantinə bağlıdır
Rayonun üç kəndində yeni hallar, onlar izolyasiya olunub, girişdə polis postları qoyulub.
Ən pis vəziyyət Bolnisi rayonunda yaranıb, orada 80 nəfər virusa yoluxub.
Bolnisi və qonşu Marneuli rayonu daxili epidemiya təhlükəsinə görə martın 25-dən sərt karantin altına alınıb.
Epidemiya başlayandan Gürcüstanda ümumilikdə 456 nəfər xəstələnib. Onlardan 131 nəfər sağalıb. 5 nəfər ölüb.
• Gürcüstanda koronavirus, fövqəladə vəziyyət və fermerlərin etirazı
-
İnquşetiya hakimiyyəti əhaliyə yalvarır ki, koronavirusa inansınlar və evə qalsınlar
İnquşetiyada koronavirusa yoluxma statistikası çox yüksəkdir. Aprelin 25-I tarixinə olan məlumata görə, 474 nəfər yoluxub, bunlardan 13 nəfər ölüb. İnquşetiyanın müftüsü Abdurahman Martazanov vəfat edib.
Lakin problem dəyişmir – insanlar kütləvi şəkildə pandemiyaya inanmır və özünütəcridə riayət etmirlər, maska taxmırlar.
• Şimali Qafqazda koronavirus: bütün regionlar yoluxub
Teleqram kanallarında yüzlərlə insanın iştirak etdiyi dəfn mərasiminin videosu yayımlanıb.
Xalqa eyni gündə iki lider müraciət edib.
Xalq şurasının sədri Malsaq Ujakov xalqı həkimləri dinləməyə çağırıb.
Bunun ardınca İnquşetiya sakinlərinə müraciət yazısı ilə daxili işlər naziri Mixail Korobkin səslənib və emosional şəkildə insanlara evdə qalmaları üçün yalvarıb.
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
Azərbaycan Ermənistan Gürcüstan Yeni yoluxma halları 44 81 25 Yoluxanlar 1,592 1,677 456 Yeni ölənlər 0 +1 0 Ölənlər 21 28 5 Sağalanlar 1,013 803 131 -
Ermənistanda daha bir ölüm. Ölənlərn çoxu 70 yaşdan yuxarı insanlardır
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 28 nəfər ölüb. Ölənlər 55-93 yaş arası insanlardır.
Sutka ərzində 81 nəfər xəstələnib, epidemiya başlayandan 1677 yoluxma halı qeydə alınıb.
Onlardan 803 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Ötən sutka ərzində 790 test edilib.
Martın 16-dan Ermənistanda koronavirusun daha çox yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan olunub. Hökumətin yeni qərarı ilə fövqəladə vəziyyət mayın 14-ə qədər uzadılıb.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.
-
Gürcüstanda gün ərzində xəstələnənlərin sayı kəskin artıb – 25 yeni yoluxma
Epidemiya başlayandan Gürcüstanda ümumilikdə 456 nəfər xəstələnib. Onlardan 131 nəfər sağalıb. 5 nəfər ölüb.
Gürcüstanda fövqəladə vəziyyət 21 martdan qüvvəyə minib. Ərzaq mağazaları və apteklərdən başqa hər yan bağlıdır. Metro da daxil olmaqla bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb, şəxsi maşınlarla hərəkət etmək, məzarlıqları ziyarət etmək olmaz, ictimai yerlərdə, qapalı məkanlarda maska taxmaq lazımdır. Bütün ölkə ərazisində 21:00-dan səhər 6-a qədər komendant saatı tətbiq olunub.
Daxili epidemiya təhlükəsinə görə paytaxt Tbilisi və bir sıra şəhərlər: Kutaisi, Batumi, Rustavi, Marneuli, Bolnisi və Lentexi karantin altına alınıb. Ölkənin müxtəlif regionlarında bir neçə kənd də təcrid olunub.
• Gürcüstan hökumətinin böhran əleyhinə planı – kimə və necə kömək edəcəklər?
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası