Koronavirus Uhan laboratoriyasından çıxıb, yoxsa məlumatlar gizlədilib? Qərb Çini nədə günahlandırır?
Mənbə – Bloomberg
Koronavirusun mənbəyinin Çinin 2019-cu ilin dekabrında pandemiyanın episentrinə çevrilən Uhan şəhərində yerləşən laboratoriya olduğuna dair “çox sayda sübut” var. Bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo ABC telekanalında bildirib.
Amma Pompeo konkret sübut gətirməyib. Üstəlik bu haqda birbaşa sualın cavabında bildirib ki, o, ABŞ Milli Kəşfiyyatının yeni koronavirusun genetik təsirə məruz qalmadığı haqda hesabatı ilə razıdır.
- “Məhdudiyyətlər yalız əhalinin böyük hissəsi mütəmadi test edildiyi təqdirdə aradan qaldırıla bilər” – Bill Qeyts pandemiyanı yenmək yolları haqda
- Koronavirusun peyvəndi və dərmanı tapılacaqmı? Və nə zaman?
Virusun qəsdən Uhandakı laboratoriyada yaradıldığını deyə bilərmi, sualına isə Pompeo belə cavab verib: “Mən bu haqda heç nə deyə bilmərəm”.
Dövlət katibinin sözlərinə görə, Çin hakimiyyəti hələ də israrla Uhandakı məşhur laboratoriyanın qapılarını bağlı saxlayır.
“Çin bütün avtoritar rejimlər kimi davranırdı – informasiyanı gizlədir və təhrif edirdi. Və Ümumdünya Səhiyyə Təşkilatını da öz maraqları çərçivəsində istifadə edirdi”.
Koronavirus epidemiyasının Çinin günahı ucbatından yarandığı haqda fərziyyələr ABŞ prezidenti Trampın çıxışlarında mütəmadi olaraq səslənir. Bu, onun ABŞ-da 2020-ci ilin payızına təyin olunmuş prezident seçkilərində təkrar seçilməsi üçün təbliğ etdiyi seçkiqabağı kampaniyasının mərkəzi mövzularından biridir.
Mayın 3-ə qədər dünyada 3,546,758 nəfər koronavirusa yoluxub. Xəstələnənlərin və ölənlərin ən böyük hissəsi ABŞ-ın payına düşür: müvafiq olaraq 1,179,454 və 68,179 nəfər.
ABŞ Çinin ünvanına səsləndirilən ittihamlarda tək deyil.
Avstraliyanın baş naziri Skott Morrison koronavirusun necə yarandığı ilə bağlı qlobal araşdırma aparmağa çağırır. Amma bununla belə, o vurğulayır ki, onun əlində xəstəliyin Çinin Uhan şəhərindəki laboratoriyada yarandığına dair sübut yoxdur.
Daily Telegraph qəzeti əllərinə unikal sənədlırin keçdiyi haqda bəhs edən böyük məqalə dərc edib. Bu araşdırma 15 səhifədən ibarətdir və bir neçə qərb hökuməti tərəfindən hazırlanıb.
Qəzetin məlumatına görə, bu dosyedə deyilir ki, Pekin qəsdən koronavirus epidemiyasını gizlətdiyi haqda sənədəri məhv edib. Nəticədə bütün dünyada yüz minlərlə insan ölüb.
Böyük Britaiya da beynəlxalq araşdırmada iştirak etmək niyyətindədir. Amma dövlət katibi Robert Cenrik bildiribл ki, “biz virusun mənşəyini ətraflı analiz edəcəyik və müxtəlif ölkələrin davranışlarını nəzərdən keirəcəyik – amma bunu daha sonra, pandeiyaya qalib gəlmək mümkün olandan sonra edəcəyik”.