Koronavirus: Moskvada yalnız it sahiblərinin və jurnalistlərin hərəkət azadlığı qalacaq
Aprelin 15-dən Moskva və Moskva vilayətində hərəkət məhdudiyyətləri kəskin sərtləşdiriləcək. Paytaxt və vilayət Rusiyada koronavirusun sürətlə layılması üzrə liderdir və bu addım epidemiyanın qarşısını almaq cəhdidir.
Amma bununla belə, fövqəladə vəziyyət elan edilməyib.
Ekspertlər bildirirlər ki, hakimiyyət bu yolla dayandırılmış biznesə görə büdcədən kompensasiya ödəmək məcburiyyətindən qurtulmaq istəyir.
Aprelin 12-də bir sutka ərzində Rusiya Federasiyasında 2,186 nəfər xəstələnib. Onlardan 1,306 nəfəri Moskva sakinləridir. Ümumilikdə aprelin 12-ə qədər ölkədə 15,770 nəfər virusa yoluxub, 130 nəfər ölüb.
Artıq aprelin 12-dən Moskvanın girişlərində postlar quraşdırılıb və digər regionlardan şəhərə nəqliyyat buraxılmır. Şəxsi maşınla hələlik girmək mümkündür.
Amma aprelin 15-dən şəxsi maşınında və ya ictimai nəqliyyatda paytaxta gəlməək istəyənlər birdəfəlik elektron icazə (hərflərdən və rəqəmlərdən ibarət) almalı olacaqlar.
- Pandemiya, Rusiya: xəstəlik partlayışı, qətiyyən hazır olmayan səhiyyə
- Şimali Qafqazda koronavirus: bütün regionlarda yoluxma var, İnquşetiya müftisi ölüb
- “Hesab edirəm ki, heç bir koronavirus yoxdur” – bunu sübut etmək üçün Vladiqafqazda xəstəxanaya hücum ediblər
- Rusiyanın yeni konstitusiyası: “əbədi” Putin, Tanrı və rus xalqının xüsusi rolu. Bütün bunlar nə deməkdir?
Evdə interneti olanlar Moskva meriyasının saytında qeydıiyyatdan keçəcəklər və icazəni onlayn istəyəcəklər.
İnternətə qoşulmayanlara buraxılış nömrəsini operator telefonla bildirəcək.
Bu cür icazənin alınması üçün evdən çıxma səbəbini əsaslandırmaq lazımdır. Məsələn, həkimə getmək və ya yaşlı qohumlara baş çəkmək. Hakimiyyət sorğunun həqiqiliyini yoxlamaq haqqını özündə saxlayır.
Piyada gedəcəyiniz yerlərə evdən icazəsiz çıxmaq mümkündür, amma yaxınlıqdakı mağaza və ya aptekə qədər. Həmçinin itləri də gəzdirmək üçün çıxmaq olar, amma evdən 100 metrdən çox uzaqlaşmamaq şərtilə.
Rəsmi fövqəladə vəziyyət elan olunmayıb – kompensasiya ödəmək lazım deyil
Rusiya mediası, hüquq müdafiəçiləri və sosial şəbəkələrdə çox sayda insan bildirir ki, Rusiyada bu tədbirlərə həqiqətən ehtiyac var, amma onlar qanunsuzdur.
Bu cür məhdusiyyətlər yalnız fövqəladə vəziyyət zamanı tətbiq oluna bilər. Amma hakimiyyət fövqəladə vəziyyət elan etmir.
Ekspertlərin sözlərinə görə, fövqəladə vəziyyət elan olunarsa, hakimiyyət fərdi biznes sahiblərinin itkiləri kompensasiya etmək məcburiyyətində qalacaq, buna görə də bu addımı atmağa tələsmir.
Ev itləri məmnundur – hamı onları gəzdirmək imkanı uğrunda rəqabətə girib
Moskva və vilayət sakinləri sosial şəbəkələrdə qonşularının küçəyə çıxıb rahat hava almaq və bu zaman “xüsusi ehtiyac olmadan keçəyə çıxdığına” görə polis tərəfindən cərimələnməmək üçün onların itlərini gəzdirməyi xahiş etdikləri yazışmaların skrin-şotlarını paylaşırlar.
Jurnalistlərlə dost münasibətlər də bu aralar dəyərə minib – onlara azad hərəkət etməyə icazə verilib. Buna görə də hamı redaksiyalarla əlaqələr qurmağa çalışır ki, redaksiya tapşırığını yerinə yetirdikləri üçün şəhərdə hərəkət etdiklərini təsdiqləyən arayış ala bilsinlər.