“Prezidenti hər iki ölümdən birində günahkar hesab edəcəyik”. Niyə Abxaziya pandemiya ilə mübarizə üçün Rusiyadan kömək istəyir?
Abxaziyanın müdafiə naziri Vladimir Anya rusiyalı həmkarı Sergey Şoyquya Abxazuyada koronavirus xəstlərinin müalicəsi üçün 500 yerlik səhra hospitalının yaradılması xahişi ilə müraciət edib. Bu, müxalifət pandemiya ilə mübarizə tədbirlərinin yetərli olmamasına görə hakimiyyətin ünvanına kəskin tənqidlər səsləndirəndən sonra baş verib.
Müdafiə nazirinin xahişi respublikada epidemioloji vəziyyətin pisləşməsi və COVID-19 virusuna yoluxanların sayının kəskin artması ilə əlaqədardır.
Son sutkalar ərzində Abxaziyada 86 nəfərin COVID-19 virusuna yoluxduğu təsdqilənib. Hazırda ümumilikdə 1466 nəfər xəstədir. Onlardan 173 nəfəri respublikada mövcud olan yeganə covid mərkəzində yerləşir. 28 nəfərin vəziyyəti ağır, 34 nəfərin vəziyyəti isə orta ağırdır. 23 nəfər vəfat edib.
•Abxaziya: niyə həkimlər koronaviruslu xəstələri müalicə etmək istəmir?
Müxalifətin tələbləri
Ola bilər ki, bu, təsadüfdür, amma nazirin rəsmi müraciətindən bir neçə saat əvvəl müxalif “Aruaa” Gürcüstanla müharibənin veteranları təşkilatı pandemiya ilə mübarizədə passiv fəaliyyətə görə ölkə rəhbərliyini tənqid edib.
Sentyabrda “Aruaa” artıq prezident Aslan Bjaniyaya müraciət edib və ona məsləhət görüblər ki, Abxaziyada mobil hərbi hospital yaradılmasını Moskvadan xahiş etsin.
Amma prezident bu təklifə reaksiya verməyib. Bundan sonra “Aruaa” yenidən özlərini xatırladıblar:
“Belə hədsiz ağır vəziyyətdə bizim təklifimizin qulaqardı edilməsini prezident və baş nazir tərəfindən cinayətkar səhlənkarlıq hesab edirik. Əgər bu həftə ölkəmizin rəhbərliyi rəsmi şəkildə Rusiya prezidenti Vladimir Putinə hospital yaradılması xahişi ilə müraciət etməsə, biz imza toplamağa başlayacağıq və Rusiya prezidnetinə Avxaziya xalqı adından müraciət edəcəyik, Abxaziyanın prezidenti və baş nazirini isə COVID-19 səbəbilə ölənlərdən ən azı ikisindən birinin ölümündə günahkar hesab edəcəyik”, – “Aruaa” təşkilatının bəyanatında deyilir.
Yeni məhdudiyyətlər
İndi isə Abxaziya rəsmi şəkildə Rusiyadan səhra hospitalının yaradılmasını xahiş edib. Bununla paralel olaraq, prezident Aslan Bjaniya imzaladığı fərmanla koronavirusa yoluxanların sayının artması ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlər görüb.
Ölkədə yenidən bütün təhsil müəssisələri, o cümlədən də uşaq idman və incəsənət dərnəkləri bağlanıb.
Mədəniyyət müəssisələrinin – teart, sərgi zalı, kitabxana və muzeylərin fəaliyyəti qadağan edilib. Dövlət orqanlarənda 60 yaşdan yuxarı əməkdaşların maaşı saxlanılmaqla işdən azad edilməsi qərara alınıb, kommersiya təşkilatlarına da eyni şey tövsiyə olunub.
Spa və masaj salonlarının, saunaların fəaliyyəti dayandırılıb.
Yeni tədbirlər oktyabrın 15-dən noyabrın 24-ə qədər qüvvədə olacaq.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırş kimi dəyərləndirilə bilən və digər səbəblərdən etik sayılmayan şərhəri silmək haqqını özündə saxlayır.