Tbilisinin konflikt zonalarına doğru 7 addımı
“Gürcü arzusu” koalisiyasının Gürcüstanda hakimiyyətə gəlməsindən 6 il keçir. Hakimiyyətə gəlidiyi ilk günlərdən etibarən koalisiya ərazi münaqişələrini Gürcüstanın ən başlıca problemlərindən biri elan edib.
JAMnews-a müsahibəsində barışıq üzrə dövlət naziri Ketevan Tsixelaşvili bəyan edib ki, hökumətin bu istiqamətdə əsas nailiyyəti “çox sayda təxribat və mürəkkəb şəraitin fonunda sülhün qorunmasıdır”.
JAMnews “Gürcü arzusu”nun münaqişə regionları istiqamətində addığı konkret addımların xülasəsini təqdim edir.
Reinteqrasiya əvəzinə barışıq
2014-cü il yanvarın 1-dən “Reinteqrasiya üzər Dövlət naziri vəzifəsi” “Barışıq və Vətəndaş bərabərhüququ üzrə Dövlət naziri vəzifəsi” ilə əvəz edilmişdir. Dövlət naziri Paata Zakarieaşvilinin sözlərinə görə Sxinval/i və Suxum/i nazirlik ilə heç bir əlaqə yaratmaq istəməmişdir. Bunun səbəbi isə “reinteqrasiya sözünün onları qıcıqlandırmasıdır.
Bəyanatlar daha yumşaq xarakter alıb
Abxaziya və Cənubi Osetiya ilə bağlı hazırkı hakimiyyətin bəyanatları daha mülayim və barışdırıcı xarakter daşıyır. Abxaziyanı və Cənubi Osetiyanı tez bir zamanda Gürcüstanın tərkibinə qaytarmağa söz verən əvvəlki hökumətdən (hətta konkret tarixlər də göstərilirdi, məsələn, ” biz yeni 2007-ci ili Sxinvalidə keçirəcəyik) fərqli olaraq hazırkı hökumət açıq şəkildə bəyan edir ki, sözügedən ərazilərin yaxın xamanda yenidən Gürcüstana birləşdirilməsi gözlənilmir.
Saakaşvili hakimiyyəti Cənubi Osetiya və Abxaziya liderlərinə qarşı daha radikal mövqedə idi. Buna nümunə olaraq 2007-ci ildə hökumətin dəstəyi ilə başlanılan “Kokoiti Fandarast” kompaniyasını göstərmək olar.
Geniş muxtariyyət
27 oktyabr 2014-cü ildə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Abxaziya və Cənubi Osetiyaya muxtariyyət verilməsi təşəbbüsü ilə çıxış etdi. Onun sözlərinə görə, “başqa dövlətin ərazisində müstəqil dövlətin yaradılması “utopiyadır və heç vaxt belə bir hal ola bilməz. Bu bəyanat Sxinval/i və Suxum/idə narazılıqla qarşılandı. Onlar Gürcüstan hökumətinə “mövcud reallıqlarla barışmağı məsləhət gördülər.
Qanunda düzəlişlər
2013-cü ildə Gürcüstan Parlamenti “İşğal olunmuş ərazilər haqqında qanuna əlavəni ilkin oxunuşda qəbul etdi. Əlavəyə görə Gürcüstana işğal edilmiş ərazilərdən daxil olan istənilən şəxs əvvəllər nəzərdə tutulan cinayət məsuliyyətinin yerinə inzibati cərimə ilə cəzalandırılacaqdı. İkinci və üçüncü oxunuşda qanuna nəzərdə tutulan düzəlişlər qəbul edilmədi və bu gün də əvvəlki cinayət məsuliyyəti qüvvədə qalır.
Daha yaxşı gələcəyə doğru
Hökumət nümayəndələri dəfələrlə Abxaziyaya dəmir yol xəttinin açılmasının mümkünlüyünü bəyan ediblər. 2012-ci ilin noyabr ayında dövlət naziri Paata Zakeriaşvili bəyan etmişdir : “ Biz Abxaziyadan keçən dəmiryol xətlərinin bərpasına çalışmalıyıq. 2013-cü ildə baş nazir Bidzina İvanişvili Ermənistana səfər edərkən Abxaziyadan keçən dəmir yol xətlərinin bərpasının mümkünlüyündən danışmışdır.
Bundan əvvəlki hökümət istər dəmiryol istərsə də diqər nəqliyyat xətlərinin bərpasının qəti şəkildə əleyhinə idi. Hökümət belə hesab edirdi ki, bu yolla Rusiya Abxaziyanın işğalını qanuniləşdirməyə çalışa bilər. Bu gün rus qoşunları Oçamçire- İnquridəki dəmir yoll xəttinin bir hissəsinin bərpasına başlayıb.
Gürcüstan hökuməti bu məsələ ilə bağlı danışıqların aparıldığı barədə məlumatları təkzib edir.
Gürcüstan Avropaya vizasız səyahət etməklə bağlı dekabrda çıxacaq qərarı gözləyir. Müsbət cavab əldə olunduğu təqdirdə 2016-cı ilin yanvar ayından Gürcüstan vətəndaşları Şenqen razılaşmasının qüvvədə olduğu ölkələrə vizasız səyahət edə biləcəklər.
Gürcüstan konflikt bölgələrinin əhalisinə də bu imtiyazlardan istifadə etməyi məsləhət görür. Vətəndaş bərabər hüququ və barışıq məsələri üzrə nazir Paata Zakeriaşvili bildirir ki, liberializasiya bizə daha çox Abxaziya və Osetiya məsələrinə görə lazım olacaq. Çünki viaz sadələşdirilməsi onların böyük marağına səbəb ola bilər.
Pulsuz müalicə
Gürcüstan hökuməti Cənubi Osetiya və Abxaziya sakinlərini hepatit С –yə qarşı başlanan layihədə iştirak etməyə çağırır. “Biz hepatit С –yə qarşı misilsiz layihəyə başlamışıq və layihədə iştirak pulsuzdur. Zuqddididə pulsuz dərmanlar paylayacaq tibbi məntəqənin açılması planlaşdırılır. Biz əlimizdən gələni edəcəyik ki, abxaz bacı –qardaşlarımızın pulsuz müalicə almağı üçün şərait olsun,- baş nazir bildirmişdir.
Həmçinin Abxaziya ilə sərhəddəki Ruz kəndində Abxaziyadan olan xəstələrə pulsuz xidmət göstərəcək xəstəxananın tikintisi gedir. Qeyd edək ki, bundan əvvəlki hökümət də konfliktli ərazilərin sakinlərinə Gürcüstanın ödənişsiz təhsil və səhiyyə sistemindən istifadə etməyi təklif edirdi.