Kişinyovda eyni zamanda həm LGBT-i, həm də ailə dəyərlərini dəstəkləyən aksiyalar keçirilib
Dünən Moldova paytaxtında «Fără frică» (“Qorxusuz”) LGBT birliyi təmsilçiləri ilə həmrəylik marşı keçirilib.
Elə həmin vaxt marşın baş tutacağı küçələrə “ənənəvi ailəni” dəstəklədiklərini bildirən insanlar, o cümlədən keşişlər toplaşıblar. Onlar əllərində ikona və “Moldova pravoslav ölkədir”, “Homoseksual təbliğata yox” yazılmış bannerlərlə kilsə mahnıları oxuyublar.
“Ənənəvi ailə” tərəfdarlarından bəziləri marş iştirakçılarına yumurta və su dolu paketlər atıblar.
Kişinyovdakı marş Moldovanın LGBT birliyi nümayəndələrinin hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı GENDERDOK-M İnformasiya Mərkəzi tərəfindən 2016-cı ildə başladılmış diskriminasiyaya qarşı «Fără frică-2017» (Qorxusuz) kampaniyası çərçivəsində keçirilib.
Bir qədər əvvəl Moldova prezidenti İqor Dodon mayın 21-də LGBT həmrəylik marşının keçirilməsinə qarşı çımışdı və bildirmişdi ki, onun təşəbbüsü ilə həmin gün Kişinyovun mərkəzi meydanında “ənənəvi dəyərlərin” dəstəklənməsinə həsr olunmuş aksiya təşkil olunacaq.