Karantinin uzadılması və vaksinasiya prosesi: Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşir?
Ermənistanda karantin iyulun 11-ə qədər elan olunmuşdu, amma Səhiyyə Nazirliyində hesab edirlər ki, müddət uzadılmalıdır, çünki ölkədə yoluxanların sayı yenə artır.
2020-ci il martın 16-dan sentyabrın 11-ə qədər ölkədə fövqəladə vəziyyət rejimi qüvvədə olub. Sonra isə onu karantin əvəz edib və arıt onun da müddəti bitir.
Səhiyyə Nazirliyi karantinin uzadılması ilə bağlı hökumətə müraciət etmək niyyətindədir, çünki ölkədə yoluxanların sayı yenə artır. Amma hələ məlum deyil ki, nə qədər müddətə.
Eyni zamanda Ermənistanda vaksin vurdurmaq istəyənlərin sayı da artır. Amma ötən gün sosial şəbəkələrdə Avropa ölkələrindən birində Yerevanda verilən AstraZeneca preparatı ilə vaksinasiya sertifikatının tanınmaması qəzğın müzakirə edilməyə başlayıb. Səhiyyə Nazirliyi belə bir problemin hansı səbəbdən yaranmasını şərh etməli olub.
Ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət nə yerdədir, yerli sakinlər və turistlər üçün vaksinasiya qaydaları necədir? – Bütün təfərrüatlar.
Son sutka ərzində Ermənistanda koronavirusa 186 yeni yoluxma halı qeydə alınıb. Bütün pandemiya dövründə ölkədə yoluxanları ümumi sayı 225 987 nəfərə çatıb. 4 536 nəfər vəfat edib, 217 381 nəfər sağalıb.
- Ağrıya necə alışmalı və qorxmamalı: “erməni” xəstəliyi nədir?
- Biznesə çevrilmiş “ləzzətli” hobbi. Ermənistandan video
Aİ-də vaksinasiya sertifikatlarının tanınması haqda
Ermənistanın vaksinasiya sertifikatlarının Aİ ölkələrində ttanınması problemi tezliklə həll olunacaq – səhiyyə naziri Anahit Avanesyan iyulun 8-də bildirib. Amma bu cür problemin ümimiyyətlə mövcud olması haqda Ermənistanda bilmirdilər.
Bu haqda Memarlıq İnstitutu Milli Muzeyinin direktoru Mark Qriqoryan Facebook səhifəsində bildirib. O yazıb ki, Norveçə doğmalarının yanına getmək istəyirmiş, amma Aİ ərazisinə girə bilməyib, çünkiErmənistanda ona verilən AstraZeneca preparatı ilə vaksinasiya sertifikatının Aİ ölkələri tərəfindən tanınmadığı məlum olub.
“Axı nə problem var ki? AstraZeneca elə Afrikada da AstraZenecadır. Amma yox. Ermənistanda alınan QR-kod, sən demə, Avropada tanınmır”, – Mark Qriqoryan yazıb.
Cavabında səhiyyə naziri bildirib ki, hazırda artıq Ermənistan və Avropa İttifaqı ölkələri arasında qarşılıqlı vaksinasiya sertifikatlarının tanınması prosesi gedir:
“Ermənistanda vaksinasiya digər ölkələrdə olduğu kimi eyni AstraZeneca preparataı ilə aparılır və Aİ ölkələri onu tanıyır. Və bu, bütün vaksinlərə aiddir”.
Vaksinasiya üçün preparatların seçimi
Səhiyyə naziri Anahit Avanesyan bildirib ki, Ermənistan sakinləri vaksinasiya üçün preparatı özləri seçə bilərlər. Ölkədə istifadə olunan üç vaksin arasında seçim etmək olar – “Sputnik V”, “AstraZeneca” və “CoronaVac”.
Onun sözlərinə görə, Ermənistanda yoluxanların sayının artımı müşahidə olunur, eyni zamanda vaksinasiyadan keçmək istəyən insanların da sayı artıb. Əgər iki həftə əvvəl gün ərzində iki min nəfərə qədər peyvənd vurulurdusa, indi beş minə çatıb.
“Biz gündəlik rejimdə iş aparırıq ki, digər vaksin nümunələrini də gətirək. Ən vacibi onlar pulsuzdur və vətəndaşlar üçün əlçatandır. Poliklinikaya yaxınlaşmaq kifayətdir, həm də yaşayış yerinə görə yox, istənilən poliklinikaya, ya da mobil vaksinasiya məntəqəsinə”, – Anahit Avanesyan deyib.
Artıq 97 711 nəfər vaksinasiyadan keçib. Amma yenə də vaksinasiya tempinə görə Ermənistan digər Cənubi Qafqaz ölkələrindən geri qalır.
Yerlilər və əcnəbilər üçün vaksinasiya qaydaları haqda
Ermənistanda yalnız yerli sakinlər yox, həm də əcnəbilər pulsuz vaksinasiyadan keçə bilər.
“Bunun ictimai təhlükəli xəstəlik olduğunu nəzərə alaraq, biz turistlərin pulsuz vaksinasiyası prinsipini seçmişik. Amma bu o demək deyil ki, onların vaksinasiyada maraqlarının artması ilə biz siyəsətimizə dəyişiklik gətirməyəcəyik”, – səhiyyə naziri bildirib.
Hələlik ölkədə əcnəbilərin pulsuz vaksinasiyası təxirə salınmır, sadəcə poliklinikalar yalnız yerli sakinlərə xidmət göstərəcək. Əcnəbilər isə yenə də mobil və daşınan məntəqələrdə peyvənd vurdura bilərlər. Ermənistanın qonaqları üçün bir şərt də var. Pulsuz vaksin almaq üçün onlar ən azı on gün ölkə ərazisində qalmalıdıırlar.