Azərbaycanda karantin rejimi daha bir ay uzadılıb
Azərbaycan Nazirlər Kabineti ölkədə karantin rejiminin noyabrın 2-ə qədər uzadılması haqda qərar verib. İstirahət günlərində ictimai nəqliyyat işləməyəcək.
•Dəniz sahili direktoru və ya Gürcüstanda pandemiya dövründə turizm. Video
Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi sentyabrın 30-da başa çatmalı idi. Bu gün ölkə hökuməti karantini bir ay da uzadıb.
Bu müddət ərzində şənbə və bazar günləri avtobus və metronun hərəkəti qadağandır.
Pandemiya başlayandan Azərbaycanda koronavirusa yoluxanların sayı 40 061 nəfərə çatıb. 588 nəfər ölüb. 1748 nəfərin müalicəsi davam edir.