Kanadanın himni gender baxımdan neytral olacaq
Kanadanın himninin ingilisdilli versiyasının dəyişdirilməsi haqda Qanun layihəsi Kanada parlamentinin yuxarı palatası – Senat tərəfindən qəbul edilib. Qanunu Kanadanın general-qubernatoru Jüli Peyett imzalayandan sonra qüvvəyə minəcək, CNN xəbər verir.
Himndə sadəcə iki söz dəyişəcək, amma bir çox senatorların fikrincə, bu kiçik dəyişikliyin prinsipial əhəmiyyəti var. “True patriot love in all thy sons command” (Əsl vətənpərvərlik sənin oğullarının təqdiridir) sətri “ True patriot love in all of us command ” (Əsl vətənpərvərlik bizim hamımızın təqdiridir) sətri ilə əvəz olunub. “O Canada” himni 1880-ci ildə fransız dilində yazılıb.
Kompozisiyanın ingilisdilli versiyası yüz ildən sonra 1980-ci ildə rəsmi himn statusu alıb. Kanadada iki dövlət dili var – fransız və ingilis dili.