Kabarda-Balkar Respublikasında toqquşmalar, yaralanan və həbs olunanlar var. Nə və niyə baş verir?
Şimali Qafqazda Kabarda-Balkar Respublikasında vəziyyət qəfil gərginləşib. Qarşıdurma predmeti 310 il əvvəl baş verən Kanjal döyüşüdür.
Kabardinlər bu tarixi öz etnosu üçün həddən artıq mühüm hesab edirlər. Balkarlar isə onu inkar edir.
Təfərrüatları danışırıq.
Əvvəli
Hadisələr sentyabrın 18-də başlayıb, Kendelen kəndinin millətcə balkar olan sakinləri kabardinlərə – Kanjal döyüşünün 310 iliyinə həsr olunmuş yürüş iştirakçılarına kəndlərinin ərazisindən keçməyə icazə vermədikləri zaman başlayıb (döyüş haqda məlumat aşağıda).
Yürüş döyüşün baş verdiyi Kanjal dağına yönəlibmiş, yeganə yol isə balkar kəndindən keçir.
Kütləvi dava başlayıb, kəndə xüsusi polis dəstələri gəlib.
Sentyabrın 19-da artıq fəallar və güc strukturları arasında toqquşmalar baş verib, üstəlik qarşıdurma coğrafiyası genişlənib, Zayukov və Baksan kəndlərini də əhatə edib.
View this post on InstagramA post shared by Алания (Къарачай & Балкария) (@alan_nations) on
Davamı
Sentyabrın 20 və 21-də toqquşmalar artıq Kabarda-Balkar Respublikasının paytaxtında, Nalçikdə davam edib. Polis rezin dəyənək və qazdan istifadə edib, göyə doğru açılan atəşlərin səsi eşidilib.
Hüquq müdafiəçisi Valeri Xatajukovun məlumatına görə, 40 nəfər saxlanılıb, dörd nəfər yaralanıb.
Tarixi arayış: Kanjal döyüşü nədir?
Kanjal döyüşü 1708-ci ildə baş verib, o zaman Kabarda formal olaraq Krım xanlığının tərkibinə daxil idi.
Xanlar zaman-zaman xərac toplamaq və əsir tutmaq üçün ora hücum edirdi. Həmin il böyük kabardin knyazı Kurqoko Atajukin belə qərara gəlib ki, Krım xanı Devlet-Gireyə müqavimət göstərsin. Kabardinlərlə döyüş nəticəsində Devlet-Girey xan qoşunları və konvoyları qoyaraq qaçıb.
Müxtəlif məlumatlara görə, döyüşdə xanın 5 mindən 10 min nəfərə qədər əsgəri həlak olub.
Krım xanlığının tabe olduğu Osmanlı sultanı Devlet-Gireyi taxtından ayırıb, Rodos adasına sürgünə göndərib.
Niyə Kanjal döyüşü bu gün aktualdır?
Əksər kabardinlər, o cümlədən də çərkəzlər və adıgeylər üçün Kanjal döyüşü milli qəhrəmanlıq rəmzidir.
Amma türkdilli balkanlar bildirirlər ki, heç bir döyüş olmayıb, bütün bunlar balkarların torpaqlarına iddialı olan kabardinlərin uydurmasıdır.
Bir çox eksperlər hesab edirlər ki, münaqişənin məğzi Kanjar döyüşündən yox, məhz torpaq məsələsindən ibarətdir.
Kabarda Balkarda ərazi mübahisəsi haqda
Kabardinlər və balkarlar arasında münaqişə Kanjal döyüşünün ildönümü ətrafında baş verib, amma onu doğuran səbəb Kanjal dağı da daxil olmaqla dağ örüşlərinin statusu ilə bağlı həllini tapmayan problemlə əlaqədardır – «Кавказский узел» informmasiya agentliyinin sorğu etdiyi alimlər yekdilliklə belə hesab edir.
İki etnik qrup arasında daha ciddi toqquşmalar 2008-ci ilin sentyabrında baş verib. O zaman kabardinlər belə qərara gəliblər ki, döyüşün 300 illiyini geniş qeyd etsinlər və Kanjal dağına yürüş etmək istəyiblər.
“Söhbət yalnız müxtəlif tərəflərin tarixi hadisələri fərqli yozmasından gedir, bu yozumlar bu və ya digər düşərgəyə xidmət edir. Amma əsas məsələ kabardinlərin və balkarların qədim döyüşün bu və ya digər tərəfi ilə assosiasiyalarında deyil, müasir problemlərin, ilk növbədə dağ-meşə heyvandarlıq sektorunun dağlıq torpaqlarının statusunun həlli üçün tarixi hadisələrin interpretasiyasındadır”, – REA Coğrafiya İnstuitutunun baş elmi işçisi, professor Aleksey Qunya deyir.
Reaksiya
Kəndlərdə və Nalçikdə baş verən qarşıdurmalar sosial şəbəkələrdə böyük narazılığa səbəb olub. Xarakterik şərhlərdən misal gətirək:
“Hamıdan hesab soraq! 1. Respublika başçısından – niyə belə şeyə imkan verir, üstəik də yeni turist mövsümü ərəfəsində (respublikada qalan yeganə biznes sahəsidir, araq biznesinin qarşısı artıq alınıb, ancaq bu qalıb)? 2. Kendelen kəndinin başçısından – bu nə oyunlardır o aparır və niyə hələ də səlahiyyətlərini təhvil verməyib? 3. Elbrus rayonunun rəhbərliyindən – eyni suallar. 4. Respublika dini qurumundan – niyə belə bir şeyə imkan veriblər?”
Çoxları tərəflərdən birini haqlı saysa da, yenə də sosial şəbəkələrdə hər iki tərəfə münaqişəyə son qoymaqla bağlı çağırışların edilməsi trendi dominantlıq edir.
Instagram-da #вединственашасила (gücümüz birliyimizdədir) heşteqi ilə fleşmob başlaylb.
Nalçikdən olan avtoklub üzvləri maşınlrının üstünü adıgey, balkar və kabardin bayraqları ilə bəzəyiblər və kabardinlərlə balkarları “sülh və əminamanlıq içində” yaşamağa çağırıblar.