Yanvarın 1-dən Cənubi Osetiyada öz biznesi olanlar üçün elektrik enerjisinin qiyməti artır. Dərhal da adamlarda sual yaranır – bu o deməkdirmi ki, həyat da bahalaşacaq?
Deyirlər ki, çörəyin xəmiri əllə yoğrulanda o xüsusilə dadlı alınır. Görünür elə buna görə də, Sxinvalidə Qəhrəmanlar küçəsində yerləşən balaca çörəkxana xüsusilə populyardı. Burada xəmir əllə yoğrulur.
Bu yerin daha bir üstün cəhəti ondadır ki, burada lavaşın qiyməti 20 rubldur [30 sentə yaxın], başqa çörəkxanalarda isə onu 25-ə satırlar. Amma tezliklə 25 rubl da əla qiymət sayılacaq.
Hökumət artıq müvafiq sərəncam dərc edib. Büdcə təşkilatları və kommersiya müəssisələri üçün elektrik enerjisinə olan tariflər yeni ildən maya dəyərinə qədər qaldırılır – 3 rubl 81 qəpik. Və Cənubi Osetiyada qorxurlar ki, bu həyatın bütövlükdə bahalaşmasının başlanğıcıdır. İlk növbədə də çörəyin.
“İsti lavaşın sahibi Rita Bestayeva deyir ki, onun biznesi qaz ilə işləyir, buna görə də yeni ildən çörəyin qiymətini qaldırmağa hazırlaşmır.
Digər biznesmenlərsə buna o qədər də əmin deyillər.
Cənubi Osetiya iqtisadi inkişaf naziri Vilyam Dzaqoyev bildirir ki, elektrik enerjisinə gözlənilən tarif artımı sıravi abonentlərə aid edilməyəcək və onlar üçün qiymətlər əvvəlki səviyyədə qalacaq – 1kvts. 2 rubl 64 qəpik.
Bahalaşmanı o məcburi bir tədbir adlandırır: “Dövlət “Enerji ehtiyatı-Cənubi Osetiya dövlət unitar müəssisəsinə maddi yardım etmək məcburiyyətindədir. İllik dotasiyaların həcmi 100 milyon dollardan çoxdur [1,5 milyon dollara yaxın], bu da büdcəyə ağır yükdür, – Dzaqoyev deyir.
Bununla belə, Sxinvalda az adam elektrik enerjisi tarifinin artırılmasının adi abunəçilərə təsir etməyəcəyinə inanır.
Sosial şəbəkələrdəki şərhlər:
“Nəticədə tariflərin artırılması biznesi öz məhsulunun qiymətini artırmağa məcbur edəcək, uduzan istehlakçılar olacaq – yəni Cənubi Osetiya Respublikasının əhalisi. Başqa bir çıxış yolu da biznesin bağlanmasıdır. Bu da sizə iqtisadi mənfəət.