İrqçi marşı ABŞ-da qanlı iğtişaşlara səbəb olub
REUTERS/Stephen Lam
Şənbə günü Amerikanın Şarlotsvil şəhərində ağ dərili millətçilərlə onların düşmənləri arasında qanlı iğtişaşlar baş verib. Səbəb – konfederatların (XIX əsrdə ABŞ-da vətəndaş müharibəsi iştirakçıları, quldarlığın saxlanılmasının tərəfində çıxış edənlər) şərəfinə qoyulmuş abidələrin sökülməsidir (New York Times).
Ağ dərili millətçilər tərəfindən general Linin heykəlinin sökülməsinə qarşı planlaşdırılan nümayiş tezliklə irqçi nümayişinə çevrildi. Mitinq iştirakçıları afroamerikalılara və yəhudilərə qarşı şüarlar səsləndirirdilər.
Şəhərdə dərhal ağ millətçilərin ideyalarına qarşı çıxanların əks-nümayişi başladı. Hadisələr toqquşmalar və dava ilə nəticələndi. Şənbə günü isə fövqəladə hadisə baş verdi, irqçiliyə qarşı etiraz edən izdihamın içinə yüksək sürətlə avtomobil sürülüb.
Nəticədə bir nəfər həlak olub, 19 nəfər yaralanıb. Qəsdən adam öldürmə və ağır bədən xəsarətləri yetirmə ittihamı ilə 20 yaşlı Ceyms Filds həbs olunub.
İğtişaşlar nəticəsində yaralananların sayı 34-dən çoxdur.
Şarlotsvildə fövqəladə vəziyyət elan olunub, dünən gecə şəhərə milli qvardiya bölmələri yeridilib.
Bütün bu hadisələr faktiki olaraq bir il öncə başlayıb, bu zaman yerli universitetlərdən birinin bir qrup afroamerika mənşəli tələbəsi vətəndaş müharibəsi illərində konfederat ordusuna rəhbərlik edən general Linin heykəlinin sökülməsi tələbilə petisiya ilə çıxış ediblər.
Şəhər şurası nəticədə heykəlin sökülməsinin lehinə səs verdi, amma məhkəmə bu qərarı dayandırdı. Ağ millətçilər məhkəmənin bu qərarını qeyd etmək üçün yığışdılar. Bu yığıncaq da iğtişaşlara səbəb oldu.
REUTERS/Stephen Lam
Şarlotsvildəki hadisələr konfederatların heykəlinin sökülməsi səbəbindən baş verən gərgin hadisələrin zaman etibarilə son epizodudur. Bir çox amerikalı ekspertlər hesab edir ki, bu cənub ştatında gərginliyin əlavə amili ağ millətçilər arasında böyük populyarlıq qazanan Trampın seçilməsi oldu.
Şarlotsvildəki Ku-kluks-klanın yerli şöbəsinin keçmiş rəhbəri dünən, avqustun 12-də jurnalistlərə bildirib:
Prezident Tramp baş verənlərə kifayət qədər reaksiya vermədiyi üçün tənqid olundu. O sadəcə Şarlotsvildə baş verən hadisələri pislədi, amma ağ millətçilərin bu çıxışının arxasında duran konkret təşkilatların adlarını çəkmədi.
Bu gün şəhərdə vəziyyət daha sabitdir. Amma ağ millətçilərin liderlərindən biri olan Riçard Spenser onlayn müraciət yayaraq, öz istəyini reallaşdırmaq niyyətində olduğunu bildirib.