İranda koronavirusdan ölənlər üçün qardaşlıq məzarları – görüntülər peyklə çəkilib
• New York Times/Reuters-in videosu, rus dilinə tərcümə JAMnews-a aiddir
İnternetdə İranın Qum şəhərində qardaşlıq məzarlarının peykdən çəkilmiş görüntüləri yayılıb. Bu məzarlar 2020-ci il fevralın sonunda, yəni koronavirus epidemiyası zamanı yaranıb – The Guardian yazıb.
Fotolarda ümumi uzunluğu 100 metr olan iki səngər təsvir olunub.
Dünyada və ölkədə çoxları hesab edir ki, bununla da hökumətin gizlətdiyi epidemiya miqyasına dair ən pis ehtimallar təsdiqlənmiş olur. Martın 13-ə olan rəsmi məlumata görə ölkədə 10,075 nəfər virusa yoluxub, 429 nəfər ölüb.
İranda koronavirus epidemiyası məhz bu müqəddəs şəhərdən başlayıb. Fevralın 24-də yerli deputat Əhməd Əmirabadi Farahani hökuməti epidemiyanın həqiqi miqyasını gizlətməkdə ittiham edib.
İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi elə həmin gün mətbuat konfransı keçirərək ittihamları qətiyyətlə inkar edib. Səhəri gün isə Hərirçinin özünün COVID-19 virusuna yoluxduğu aşkarlanıb.
Həmin vaxtdan İranda iki yüksək vəzifəli məmur koronavirusdan ölüb. Bir neçə məmur isə xəstədir və məlum olduğuna görə həyatları təhlükədədir – İranın yüksək vəzifəli məmurları yaşlı olduqları üçün risk qrupuna daxildirlər.
• Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
• Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar