İngiltərənin futbol çempionatını nəyə görə sevirik?
Dünyada ən maraqlı futbol çempionatı olan İngiltərənin premyer liqasının 26-cı mövsümü avqustun 11-də start götürüb. Bu səbəbdən CNN həmin turnirin 25 illik tarixində ən yadda qalan anları xatırlayır.
1.
2002-ci ilin oktyabr ayında həmin vaxta qədər dalbadal 30 oyunda məğlub olmayan “Arsenal” Liverpula “Everton”la oynamaq üçün gəldi. Hələ demək olar ki, heç kimin tanımadığı 16 yaşlı oyunçu Ueyn Runi o vaxt “Everton”a “Arsenal”ın qalibiyyət seriyasına son qoymağa kömək edən qol vurdu.
Növbəti 15 il ərzində Runi “Manchester United”in əfsanəsi oldu, sonra da mövsümlər arası dövrlərdə doğma “Everton”a qayıtdı.
2.
Ser Aleks Ferqüson 27 il “Manchester United”in məşqçisi olub: 1986-cı ildən 2013-cü ilə qədər. Bu dahi məşqçi öz klubu ilə İngiltərədə 13 dəfə çempion olub və ən nüfuzlu Avropa turniri olan Çempionlar Liqasının 2 kubokunu udub. O, öz karyerasını 2013-cü ildə, İngiltərənin premyer liqasının növbəti Kubokunu başının üstündə qaldırandan sonra bitirib.
3.
Stiven Cerrard 17 il “Liverpool” klubunda oynayıb. Onun “Liverpool” uğrunda oynadığı son mövsümdə klubun İngiltərə çempionatını udmaq üçün real şansı olub, Cerrar bunu ürəkdən arzulasa da hələ nail ola bilməmişdi. 27 aprel 2014-cü il tarixində “Liverpool” “Chelsea” ilə oynayıb, bütün ekspertlər isə hesab edirdilər ki, bu, mövsümün həlledici oyunudur.
Çox sadə bir situasiyada Cerrarın meydanda ayağı sürüşür, bununla da o, “Chelsea”nin hücumçusuna həlledici qol vurmaq imkanı verir və “Liverpool”u çempion olmaq şansından məhrum edir.
4.
2015/16-cı il mövsümündə bukmekerlər hesab edirdilər ki, “Leicester” klubunun çempion olmaq şansı 5000/1-ə bərabərdir. Bundan əvvəlki çempionatda aşağı diviziona düşməkdən bir təhər qurtulan klub qeyri-adi bir çempionat keçirərək, bütün futbol dünyasını heyran etdi. Sıralarında heç kimin tanımadığı futbolçuların oynadığı “Leicester” futbol tarixində ən əsas sensasiyalardan birinə imza ataraq, İngiltərə çempionu oldu.
5.
17 oktyabr 2009-cu ilə tarixində “Liverpool” “Sunderland”lə oynayırdı. “Sunderland”in oyunçusunun düz atmadığı top futbol meydançasına düşən şara dəyir və bundan sonra “Liverpool”un qapısından girir. “Liverpool”un oyunçuları buna etiraz etməyə cəhd göstərdilər, amma nəticədə hakim premyer liqanın tarixində ən qəribə olan qolu qeydə aldı.
6.
2001-ci ilin aprel ayında “Manchester United”in oyunçusu Roy Kin “Manchester City”nin oyunçusu Alfe-İnqe Xaalanda qarşı qaydaları çox kobud şəkildə pozdu. Hamıya Kinin bunu qəsdən etdiyi aydın idi, buna görə də o, beş matç ərzində diskvalifikasiya və rekord 150 min funt həcmində cərimə olundu.
Bununla da Kin dörd il bundan əvvəl onu simulyant adlandıran Xaalanddan qisasını aldı.
7.
2003/04 mövsümündə bir oyunu belə uduzmayan “Arsenal” İngiltərə çempionu oldu. Nə bundan əvvəl, nə də sonra heç kim bu rekordu qıra bilmədi. Həmin komandada Tyeri Anri, Patrik Viyera, Denis Berqkamp və Yens Lemann kimi böyük futbolçular çıxış edirdilər.
8.
2005-ci ilin aprel ayında “Aston Villa”ya qarşı oyunda “Newcastle”ın iki oyunçusu Kiron Dayer və Li Bouer aralarında nəyisə bölüşdürə bilmədilər və nəticədə dalaşdılar. Futbol tarixində meydanda çox sayda dava olsa da, bir klubun üzvləri arasında ilk dəfəydi ki, dava düşürdü. Nəticədə hakim hər ikisinə qırmızı kart göstərdi.
9.
Rusiyalı sahibkar Roman Abramoviç “Çelsi” klubunu 2003-cü ildə alır və transferə həmin dövr üçün çox böyük pullar xərcləyir. Növbəti il o, kluba Joze Mourinyonu dəvət edir, o da bir qədər sonra “Çelsi”yə bir neçə mükafat və əsl top-klub statusu gətirir, özü də dünyada əm yaxşı məşqçilərdən birinə çevrilir.
10.
20 aprel 2013-cü il tarixində “Liverpool”un hücumçusu Luis Suares “Çelsi”nin müdafiəçisi Branislav İvanoviçi iki komanda arasında oyun zamanı dişləyir. Hakim bunu görmür, amma sonradan Suares on oyundan diskvalifikasiya olunur.
11.
2009/10 mövsümünün əvvəlində Emmanuel Adebayor “Arsenal”dan “Manchester United”ə keçəndən bir neçə ay sonra bu iki klub bir-birilə oynayıb. Adebayorun vurduğu qol heç nə ilə yadda qalmazdı oyunçu qolunu bayram etmək üçün meydanın bu başından o başına, “Arsenal”in fanatlarının oturduğu əks tribunalara tərəf qaçıb, bununla da azarkeşlərin qəzəbinə səbəb olmasaydı.
12.
26 dekabr 2008-ci il tarixində “Hull City” birinci hissədən sonra “Manchester City”yə 4-0 hesabı ilə uduzurdu. “Hull”ın məşqçisi Fil Braun çox qəzəbli idi, buna görə də düz meydanın ortasında, azarkeşlərin gözü qarşısında öz oyunçuları ilə söhbət etmək qərarına gəlir. Məşqçi oyunun gedişatına təsir də bilmir, “Manchester City” 5-1 hesabı ilə qalib gəlir, amma “Hull”ın fanatları hələ uzun müddət Braunun bu qeyri-adi hərəkətini xatırlayırdılar.
13.
2016/17 mövsümündə “Manchester United” – “Arsenal” oyununda “Manchester” komandasının məşqçisinin başına qəribə bir əhvalat gəlir. Lui Van Qallın məşqçi zonasında ayağı sürüşür və o, kürəyinin üstünə yıxılır. Həmin vaxt Van Qallın klubda işləri yaxşı getmirdi və onun yıxılması sosial şəbəkələrdə azarkeşlərin minlərlə iynəli şərhlərilə müşayiət olunub.
14.
2011-ci ilin fevral ayında Ueyn Runi İngiltərə premyer liqasının tarixində ən gözəl qollardan birini vurub. Bu, “Manchester United”in əsas rəqibi “Manchester Cyti”yə qarşı oyunda baş verib, buna görə də həmin qolun qiyməti çox böyük idi. Runi başının üstündən zərbə ilə iyirmi metrdən vurub, qapıçının həmin topu qaytarmağa heç bir şansı yoxuydu.
15.
3 avqust 1999-cu il tarixində “Arsenal”ın məşqçisi Arsen Venqer gənc fransız hücumçusu Tyerri Anri ilə müqavilə bağlayaraq, özünün ən yaxşı transferlərindən birini həyata keçirib. Sonradan Anri 2002 və 2004-cü illərdə çempion olan həmin “Arsenal”ın əsas ulduzuna çevrilir.