Ola bilsin, başqa şəhərlər üçün qış adi bir haldır, amma Bakı üçün yox. Abşeron yarımadasının quru subtropik iqlimində qarlı qış nadir hadisədir. Azərbaycanın şimal rayonlarında qar örtüyü necə lazımdırsa o cür olduğu bir halda, paytaxtda qar bir neçə gün sürən fövqəladə bir vəziyyətdir.
Fövqəladə ona görə ki, nə şəhər sakinlərinin özləri, nə də icra hakimiyyəti qarla “mübarizə aparmağa alışmayıblar. Burada heç kimin “qış şinləri yoxdur, buna görə də qar yağandan dərhal sonra nəqliyyatın hərəkəti ya dayanır, ya da əməlli-başlı çətinləşir. Yolun hərəkət hissəsinə qum tökməyə başlamaq üçün şəhər icra hakimiyyətinə mütləq düşünmək üçün vaxt lazım olur. Adətən, o bu işə artıq qar əriməyə başlayandan, ilk qar axşamı isə sürücülər üçün əsl sınağa çevriləndən sonra başlayır.
İnformasiya məkanı da bu zaman “qarlı olur. Bizim KİV üçün “Qar yağır tamamilə normal bir başlıq sayılır, bu həm də “tıklanan xəbər olur. “Facebookda ən çox Baki İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ünvanına müraciət olunur. Axı şəhər sakinlərin əmindirlər ki, şəhərdə suyun kanalizasiyaya axa biləcəyi deşiklərin olmamasına görə onlar məhz ona borcludurlar. Axı iki sutka sonra qar əriməyə başlayacaq və bakılılar topuğa qədər axmağa yeri olmayan palçığın içində hərəkət etməli olacaqlar. Yəni sevinc dolu şərhlərlə yanaşı çoxlu sayda qəzəbli şərhlər də rast gəlinir.
“Biz ilk qar yaşan kimi işıqların söndüyü, suyun kəsildiyi, maşınlarınsa həyətdəki mebelə çevrildiyi bir ölkədə yaşayırıq… cəhənnəm olsun iqtisadi islahatlar və hər şey yaxşı olacaq. “Axı hamıya məlumdur ki, iqtisadiyyatın (xüsusi ilə də kənd təsərrüfatının) həmişə dörd əsas düşməni olub: qış, yaz, yay və payız…