İki azərbaycanlı jurnalist minaya düşərək həlak olub
İyunun 4-də səhər saatlarında ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına keçən Kəlbəcər rayonu ərazisində Azərbaycanın Müdafiə Nazirliyinə məxsus avtomobil minaya düşüb. Nəticədə maşında olan dörd nəfər, o cümlədən də iki jurnalist həlak olub.
- Yerevan, Bakı və Moskva nələri müzakirə edir və artıq etmir?
- Gürcüstan quru sərhədlərini açır. Xarici qonaqlar üçün ətraflı bələdçi
Həlak olan jurnalistlər az əvvəl Azərbaycanın nəzarəti altına keçən ərazilərdə baş verən son hadisələri işıqlandıran dövlət KİV-nin əməkdaşlarıdır. 32 yaşlı Sirac Abışov AzTV dövlət televiziyasının operatoru, Məhərrəm İbrahimov isə “AzərTac” informasiya agentliyinin əməkdaşı idi.
“Baş verə hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı cinayətlərinin daha bir nümunəsidir”, – AzTV sədri Rövşəm Məmmədov jurnalistlərin faciəvi ölümünü şərh edib.

Müharibədən sonra azı 120 nəfər həlak olub və yaralanıb
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, 2021-ci il may ayının ancaq son həftəsində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazilərində 90 piyada əleyhinə və 14 tank əleyhinə mina, o cümlədən də 75 partlamamış sursat aşkarlanıb.
Azərbaycan hakimiyyətinin məlumatına görə, 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanat imzalanandan sonr 22 nəfər Azərbaycan vətəndaşı, o cümlədən də 14 nəfər mülki şəxs həlak olub, 16 nəfəri mülki şəxs olmaqla 87 nəfər isə azad edilmiş ərazilərdə partlayış nəticəsində ciddi xəsarətlər alıb.
Minalı sahələrin xəritələri problemi
Qarabağda və ətraf rayonlarda deeskalasiya başlayandan Azərbaycan Ermənistan tərəfindən minalı sahələrin xəritələrinin təqdim olunmasını tələb edir.
“Bütün münaqişə boyu Azərbaycanın işğal altında qalan ərazilərinin böyük hissəsi, o cümlədən də məzarlıqlar, tarixi məkanlar və digər mülki obyektlər Ermənistan tərəfindən minalanıb.
Ermənistan azad edilmiş rayonlarda minalanmış sahələr haqda informasiya təqdim etməkdən imtina edir, bununla da məqsədyönlü şəkildə insanların həyatını təhlükə altına qoyur və azad olunmuş ərazilərdə münaqişədən sonrakı bərpaya, rekonstruksiyaya və humanitar səylərə, o cümlədən də məcburi köçkünlərin öz evlərinə qayıtmalarına mane olmağa çalışır”, – Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının minalardan təmizləmə məsələsi üzrə iclasında deyib.
Minalardan təmizləmə bir neçə il davam edəcək
ANAMA-nın məsul şəxslərinin bildirdiyinə görə, keçmiş hərbi əməliyyatlar zonasında yaşayış məntəqələrinin minalardan təmizlənməsi azı üç il çəkəcək, işğaldan azad edilmiş bütün ərazilərin minalardan təmizlənməsi isə 5-10 il davam edə bilər.
Azərbaycanın Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanları bir neçə dəfə mülki şəxslərin azad edilmiş ərazilərə səfərlərinin təhlükəli olması ilə bağlı xəbərdarlıq ediblər.