Eyni cür, eyni ölçülü olan baş daşlarının qiyməti də eynidir – 300 manat ($160), yəni iki orta əmək haqqı. Cənazələrin harada və necə dəfn edilməsini müəyyən edən “Qəbiristanlıqlar haqqında” qanun layihəsi prezident administrasiyasına təqdim olunub. Bu haqda mətbuata Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov xəbər verib.
Təzə qəbiristanlıqlar yaşayış yerlərindən uzaqda və su hovuzlarından azı 300 metr aralıda yerləşəcək. Layihə müəlliflərinin fikrincə bu qanun, mərhumun qohumlarına ona layiqli baş daşı qoymaq üçün borc pul götürmək məcburiyyətindən azad etməlidir.
Hazırda Azərbaycanda baş daşı ilə birlikdə qəbiristanlıqda yerin qiyməti daşın keyfiyyətindən və qəbiristanlığın mərkəzə yaxınlığından asılı olaraq, min dollar və daha baha ola bilər.