“Heykəl məhbusu” Prezident Administrasiyası qarşısında özünü yandırmaq istəyib
“Heykəl məhbusu”, gənc azərbaycanlı fəal Qiyas İbrahimov Prezident Administrasiyası qarşısında özünü yandırmaq istəyib. O, artıq iki ilə yaxıdır ki, dövlətin ona ödəməli olduğu 36 min avro kompensasiyanı ala bilmədiyi üçün bu etiraz formasını seçib. AİHM İbrahimovun qanunsuz həbsinə görə Azərbaycan hökumətini məhz bu məbləğdə cəribə edib.
- “Anladılar ki, mənim həbsim onlara heç nə verməyəcək”. Qiyas İbrahimovla müsahibə – video
- Qiyas İbrahimov birnəfərlik etiraz aksiyası zamanı saxlanılıb
- Azərbaycanlı fəalın şübhəli ölümü Türkiyə parlamentinin gündəmində
“Azadlıq yandığı zaman. Qəti qərar. Arzular yox oolur və bütün ümidlər toza şevrilir”. Bu, Qiyas İbrahimovun Prezident Administrasiyası qarşısında keçirdiyi aksiyadan əvvəl Twitter-də yazdığı son statusudur.
İbrahimov üzərinə benzin töküb özünü yandırmaq istədiyi zaman polislər tərəfidnən saxlanılıb və indi polis idarəsində saxlanılır. Fəalın taleyi haqda hələlik başqa heç nə məlum deyil.
AİHM-in kompensasiya haqda qərarı
2020-ci il fevvralın 13-də Avropa İnsan Haqları Məhkəməsi Qiyas İbrahimov və Bayram Məmmədovun qanunsuz həbsi haqda qərar qəbul edib. Azərbaycan hökuməti ümumilikdə 72 min avro [$82.200] məbləğində cərimə olunub.
İddiaçılar İbrahimov və Məmmədov bir neçə hüquqlarının pozulması ilə bağlı AİHM-ə müraciət ediblər. Onlar həbs edildikləri zaman işgəncəyə məruz qalmaları, mənzillərində aparılan axtarışın qanunsuz olması və məhkəməyə qədər qanunsuz həbsdə saxlanılmaları ilə bağlı iddia qaldırıblar.
Avropa Məhkəməsi gənc fəalların Avropa Konvensiyasının bir neçə maddəsi ilə hüquqlarının pozulması haqda qərar çıxarıb və Azərbaycan hökumətinin onların hər birinə 36 min avro [$41.100] həcmində kompensasiya ödənilməsi öhdəliyi qoyub. Qeyd etmək lazımdır ki, bir müddət sonra Bayram Məmmədov Azərbaycan hökumətindən kompensasiya məbləğini ala bilib. Qiyas İbrahimov isə hələ də kompensasiyanın ödənməsinə nail olmağa çalışır.
Qiyas İbrahimov və Bayram Məmmədov kimdir?
Qiyas İbrahimov və Bayram Məmmədov “heykəl məhbusları” kimi tanınırlar. Onlar 2016-cı il mayın 10-da, eks-prezident Heydər Əliyevin doğum günü və bunun şərəfinə hər il qeyd olunan “Gül bayramı” ərəfəsində şəhərin mərkəzində H.Əliyevin heykəlinin üzərinə “Qul bayramınız mübarək” və “F.ck the system” sözlərini yazmışdılar.
Həmin günə qədər Azərbaycanda hər il mayın 10-da qeyd olunan və milyonlarla manat büdcə vəsaiti hesabına başa gələn “Gül bayramı” ləğv edilib.
Amma rəsmi olaraq İbrahimov və Məmmədov qanunsuz narkotik saxlamaqda günahlandırılıblar. Bayram Məmmədovun ailəsi ilə birlikdə yaşadığı evdə 1,15 kiloqram, Qiyas İbrahimovun yaşadığı mənzildə isə 1,01 kiloqram heroin “açkarlanıb”.
Onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə isə İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən hər ikisi azad edilib.
Bayram Məmmədovun ölümü
2021-ci il mayın 2-də bir müddətdir ki, Türkiyədə yaşayan gənc fəal Bayram Məmmmədovla əlaqə itib. 2021-ci il mayın 5-də onun meyitinin dənizdən tapıldığı haqda məlumat verilib.
Rəsmi məlumata əsasən, mayın 2-də Bayram Məmmədov İstanbulun Kadıköy rayonunda Moda sahili adlanan ərazidə olub. Tərliyi dənizə düşüb, o da çıxarmaq üçün danınca dənizə atılıb. Bir müddət sonra Bayram gözdən itib. Hadisə yerinə sahil mühafizə əməkdaşları gəlib və onlar Məmmədovun cansız bədənini sahilə çıxarıblar. Üzərində sənədləri olmadığı üçün onu naməlum şəxs kimi moqra təhvil veriblər.
Dostların axtarışları nəticəsində Bayram Məmmədovun meyiti tanınıb və məhkəmə-tibbi ekspertizasından sonra ailəsinə təhvil verilib. Bayram Məmmədovun meyiti mayın 9-da Bakıya gətirilib və paytaxt kənarındakı məzarlıqlardan birində dəvn edilib.