Həyat olduğu kimi. İkinci Qarabağ müharibəsindən sonra - Ermənistandan film
Ermənistan ikinci Qarabağ müharibəsindən sonra
“[Evakuasiya başlamışdı], amma mən yerimdən tərpənmədim, dedim ki, [pişiyi və iti] burda qoymayacam. Ya uşaqları göndərəcəm, özüm qalacam, ya da onlar bizimlə gedəcək”. Arpi Qasparyan, Manvel Hakopyan və onların iki övladı 1995-ci ildən Qarabağda Şuşa şəhərində yaşayıblar. İkinci Qarabağ müharibəsindən sonra şəhər Azərbaycanın nəzarəti altına qayıdıb. Gənc ailə Ermənistanın Abovyan şəhərində yeni həyata başlamalı olub.
Filmlər silsiləsi JAMnews və Yerevanın “İctimai Jurnalistika Klubu”nun (Public Journalism Club) əməkdaşlığı ilə hazırlanıb.
“Həyat olduğu kimi” hər iki tərəfdən 7 mindən çox insanın həyatına son qoymuş 44 günlük müharibədən (27 sentyabr – 10 noyabr 2020-ci il) sonra Azərbaycan və Ermənistanda çəkilən dörd filmdən biridir. Müharibədə minlərlə insan yaralanıb, yüzlərlə insan əlil olub. 2020-ci il 9 noyabrda imzalanmış atəşkəs haqda bəyanat kövrək olaraq qalır, atəşkəs rejimi vaxtaşırı pozulur. Bir çox humanitar məsələlər həllini tapmayıb.
Film ABŞ Dövlət Departamentinin İctimai Diplomatiya Şöbəsinin maliyyə dəstəyilə çəkilib. Filmdə səslənən fikirlər, mülahizələr, nəticələr və ya tövsiyələr fimin qəhrəmanlarına və müəlliflərinə məxsusdur, ABŞ Dövlət Departamentinin fikrini əks etdirməyə də bilər
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılam təhdid, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır