“Hərbçilərin sığortası” fondunun hesabında 800 min dollardan çox vəsait toplanıb
2017-ci il yanvarın 9-da qüvvəyə minmiş “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbçilərin həyatına və ya sağlamlığına dəymiş zərərin qarşılanması haqda” Qanuna əsasən yaradılmış “Hərbçilərin sığortası” fondunun hesabında 393 709 929 dram (808 921 dollar) toplanıb.
Müdafiə Nazirliyində Fond Şurasının ilk iclası keçirilib və orada fondun saytı – 1000plus.az və onun ştat cədvəli təqdim olunub.
“Hərbçilərin sığortası” fondunu 9 nəfər idarə edəcək: üç nəfər hökuməti, üç nəfər Mərkəzi Bankı, üç nəfər isə hərbçilərin hüquqlarını müdafiə edən ictimai təşkilatları təmsil edəcək.
Şurada bir vakant yer qalır ki, onu da müxalifət nümayəndəsi tutacaq. Müdafiə naziri Vigen Sarqsyan iclasda bildirib ki, müxalifətlə məsləhətləşmələrdən sonra qərara alınıb ki, onların nümayəndəsinin seçimini parlament seçkilərindən sonraya saxlayaq [seçkilər apreldə baş tutacaq].
Bu qanun layihəsinin müəllifi olan Vigen Sarqsyan Fond Şurasının sədri seçilib. Ermənistan Mərkəzi Bankının Hüquq Şöbəsinin rəhbəri Varujan Avetikyan Fondun icraçı direktoru olub.
İclasda fondun 2017-ci il büdcəsi təqdim olunub ki, ondan bu il 1 milyard 731 min dram (təxminən 3,5 milyon dollar) xərclənməsi nəzərdə tutulub.