Gürcüstanın müxalifət liderlərindən biri, keçmiş Tbilisi meri üç il müddətinə azadlıqqdan məhrum edilib
Üç il və iki ay müddətinə azadlıqdan məhrumetmə – keçmiş Tbilisi meri, hazırda isə müxalif “Avropa Gürcüstanl” partiyasının liderlərindən biri Qiqi Uqulava haqqında çıxarılan hökm belədir. Gürcüstanın Ali Məhkəməsi onu 48 milyon lari [17 milyon dollar] vəsaiti talamaqda təqsirli bilib.
Əvvəlcə Ali Məhkəmə Uqulavanı doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Qiqi Uqulava. Foto: David Pipia, JAMnews
Amma amnistiya haqda qanunu və Uqulavanın artıq həsxanada keçirdiyi zamanı nəzərə alaraq onu yekunda üç il, iki ay və səkkiz gün müddətinə azadlıqdan məhhrum ediblər.
Vəkili Beka Basilayanın vəkilinin sözlərinə görə, qərar artıq icraata verilib. Qiqi Uqulavanın bu gün həbs ediləcəyi gözlənilir.
Qiqi Uqulavanın özü artıq bu qərarı “Bidzina İvanişvilinin əmri” adlandırıb. O, Facebook səhifəsində bunları yazıb:
“Ümumilikdə mən hələlik anlamamışam, amma bu şizofrenlər məni nəyə isə məhkum ediblər. Mübarizə davam edir – sakit, qəti və təbəssümlə”.
Qiqi Uqulava Tbilisi meri kürsüsündə olması ilə bağlı işlə əlaqədar olaraq cəza çəkib. 2015-2017-ci illərdə o, “Tbilservis” şirkəti və Rike parkı işləri üzrə məhkum edilib. O zamn da onu dövlət vəsaitini talamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham etmişdilər. Uqulava özü isə ittihamları rədd edir.
O vaxt olduğu ki, indi də müxalif lliderlər bildirirlər ki, “Gürcü arzusu” iqtidar partiyası Uqulavanı siyasi motivlərlə təqib edir.