Gürcüstanın erməni şəhərində siyahıda olmayan Saakaşviliyə necə səs veriblər?
Gürcüstanda keçirilən prezident seçkilərində 25 namizəd iştirak edib, onlardan çoxunun adı seçicilərə ümumiyyətlə tanış deyil, bəziləri isə prezident seçkilərində israrla iştirak etdiyi üçün mimə çevrilib.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də baş tutub. Amma birinci turda prezidenti seçmək mümkün olmayıb. İkinci tur dekabrın 2-ə qədər keçiriləcək, amma dəqiq tarix hələ bəlli deyil.
Birinci turda əsas rəqiblərin topladıqları səs faizləri demək olar ki, bərabər bölünüb – Salome Zurabişvili (hakimiyyətin namizədi) 38,4 faiz, Qriqol Vaşadze isə (müxalifətin namizədi) 37,73 faiz səs toplayıb.
Bu cür “daimi” namizədlərdən biri Mixaeil Saluaşvilidir. Gürcüstanın Ninotsminda bələdiyyəsinin [Cənubi Gürcüstanda əsasən etnik ermənilərin məskunlaşdığı Cavaxetiya regionunda yerləşir] seçiciləri bu dəfəki seçkilərdə ona gözlənilməz sürpriz ediblər.
•Gürcüstanda prezident seçkiləri. Hakimiyyət niyə vətəndaş müharibəsi haqda danışır?
•Gürcüstan, Cavaxetiyadan 25 foto: kəndlər, göllər, quşlar
•Cavaxetiyada buzlar əriyir. Milli azlıqlar kimə səs verir?
•Dəhliz. JAMnews-un Cavaxetiyadan miqrasiya edən quşlar və insanlar haqda xüsusi layihəsi
Bu dairədə “Ədalətin bəqarar edilməsi ittifaqı – Xalqın səsi: Tanrı bizim həqiqətimizdir” hərəkatının lideri Mixeil Saluaşvili düz 87 səs toplayıb ki, bu da bütün seçicilərin bir faizə yaxını eləyir – 0,92 faiz. Saluaşvili ölkənin heç bir yanında belə uğura nail olmayıb.
Seçkilərin nəticələrinə görə, namizəd ölkə üzrə 12-ci, Ninotsmindada isə 4-cü yeri tutub.
Jurnalistlər və Saluaşvilinin özü nə baş verdiyi və heç seçkiqabağı kampaniya zamanı ziyarət belə etmədiyi Ninotsminda sakinlərini ona səs verməyə nəyin vadar etdiyi haqda düşündüyü müddətdə cavab yerli “Nor” radiostansiyasından gəlib.
Belə məlum olub ki, dövlət dili – gürcü dilini yaxşı bilməyən bəzi yerli ermənilər [bülletenlər isə yalnız gürcü bilində olub] “Mixeil Saluaşvili” əvəzinə “Mixail Saakaşvili” oxuyublar. Bu minvalla da onlar öz səslərini seçkidə ümumiyyətlə iştirak etməyən keçmiş prezident Mixail Saakaşviliyə veribər.
Yerli “Nor” radiostansiyasının əməkdaşları Saluaşviliyə “səs vermiş” bəzi yerli sakinlərlə danışandan sonra bu nəticəyə gəliblər. Onlar etiraf ediblər ki, bu adamın adını ilk dəfədir ki, eşidirlər, öz səslərini isə Saakaşviliyə veriblər.
Seçkiqabağı kampaniya zamanı Saluaşvili seçicilərə xatırladıb ki, yaxın zamanda “İsa Məsihin ikinci zühuru baş tutacaq” və bu durumda ölkəni “Tanrı iradəsinin yerdəki agenti” idarə etməlidir və bu şəxs də elə o özüdür. Mixeil Saluaşvilinin seçki platforması bundan ibarətdir.
_______________
Ninotsminda şəhəri Cənubi Gürcüstanda, Cavaxetiya regionundadır. Cavaxetiya isə Türkiyə ilə sərhəddə yerləşir və əhalisinin böyük əksəriyəti ermənilərdən ibarətdir.
2014-cü il əhalinin siyahıya alınmasına görə, Gürcüstanda 168 min erməni yaşayır və onların böyük hissəsi məhz Cavaxetiya regionunda məskunlaşıb. Dövlət dili olan gürcü dilini bilmədikləri üçün erməni icması Gürcüstanda ənənəvi olaraq siyasi passiv mövqedədir. Burada insanlar demək olar ki, Tbilisinin informasiya sahəsindən qopub və informasiyanı əsasən Rusiya kanallarından alırlar.
Seçki zamanı regionda fəallıq zəif olur, səsverməyə gələn vətəndaşlar isə bir qayda olaraq iqtidar partiyasına səs verir, beləliklə də dövlətə öz iradələrini ifadə edirlər.
• Gürcüstanda erməni dili: onun dövlət dili olması üçün “lehinə” və “əleyhinə” arqumentlər
•Gürcüstanda erməni məktəbləri – islahat qurbanları
• Gürcüstanda erməni məktəblərinin 4 əsas problemi
Çoxları ümumiyyətlə ölkənin hazırkı baş nazirinin adını bilmir.
Burada, elə bütün Gürcüstanda olduğu kimi işsizlik çox yüksəkdir. Kişilərin çoxu bu regiondan mütəmadi olaraq Rusiyaya, mövsüm işlərinə gedir ki, ailəsini dolandıra bilsin.
Cavaxetiyada insanlar əsasən, heyvandarlıqla məşğul olur, həmçinin kartof və başqa tərəvəzlər becərir. Buranın pendiri, kartofu və balı bütün Gürcüstanda məşhurdur.
Cavaxetiya unikal gölləri və təbiəti ilə Gürcüstanın ən gözəl regionlarından biridir.