Gürcüstanın eks-prezidenti Giorgi Marqvelaşvili siyasətə qayıdır
Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvili siyasətə qayıdacağını elan edib. Bu haqda o, Twitter hesabında yazıb.
Giorgi Marqvelaşvili 2010-cu ilin əvvəlində “Gürcü arzusu” iqtidar partiyasının lideri Bidzina İvanişvilinin yaxın tərəfdaşı hesab olunurdu. Məhz hər şeyə qadir oliqarx İvanişvili vaxtilə prezidentliyə onun namizədliyini irəli sürüb və onun fəal dəstəyi sayəsində Marqvelaşvili 2013-cü ildə seçkilərdə qələbə qazanaraq Gürcüstan prezidenti olub.
İvanişvili ilə aralarında yaranan fikir ayrılığını keçmiş prezident hakim partiyanın avtoritarizmə doğru güclü meyl etməsi və bunun da ölkənin həm xarici siyasət vektoruna, həm də daxili stabilliyinə təhlükə yaratması ilə izah edib.
“Məhz buna görə mən fəal siyasətə qayıdıram, dostlarımla və xalqımla Gürcüstanın seçilmiş Qərb missiyasına xidmət edəcəyəm”, – Marqvelaşvili yazıb.
By choosing authoritarianism, Georgian Dream crossed red lines. No democracy – no national unity, no western path. Won’t watch this happen. Returning to active politics. Will serve the mission of our western choice with my friends and the Georgian people.
— Giorgi Margvelashvili (@MargvelashviliG) February 17, 2020
Marqvelaşvilinin hansısa partiyaya daxil olub-olmayacağı, öz partiyasını yaradıb-yaratmayacağı, yaxud da ayrıca siyasətçi kimi fəaliyyət göstərəcəyi hələlik bəlli deyil.
•Gürcüstanda 2020-ci il parlament seçkiləri haqda hər şey
Giorgi Marqvelaşvili 2013-cü ildə Mixail Saakaşvilini əvəz edərək Gürcüstanın dördüncü prezidenti olub. İxtisasca o filosofdur.
Onun siyasi rəhbəri – Bidzina İvanişvili ilə münasibətləri inauqurasiyadan dərhal sonra, iqamətgah olaraq ondan əvvəl Saakaşvilinin yerləşdiyi prezident sarayını seçdiyi üçün pozulub. Bu addımı ilə o, keçmiş hakimiyyətlə assosiasiya olunmamaq üçün alternativ variantlar təklif edən Bidzina İvanişvilini tamam özündən çıxarıb.
Daha sonra Giorgi Marqvelaşvilinin bütün beş illik preizidentlik dövründə İvanişvili dəfələrlə onu ən böyük siyasi məyusluğu adlandırıb.
İqtidar komandası isə ümumiyyətlə onu əsas opponentlərindən biri hesab edirdi.
Marqvelaşvili prezident səlahiyyətləri sona çatandan sonra siyasətdən getdiyini elan edib və deyib: “Mənim siyasi ambisiyalarım yoxdur”.
O, bəzən ekspert qismində televiziya verilişlərinə qatılırdı.
2019-cu ilin yayında Tbilisidə etiraz dalğasını dəstəkləyib və dəfələrlə hökumətə qarşı aksiyaların tribunasından çıxış edib.