Gürcüstanın “Aiisa” (“Həminki”) prezervativ istehsalçısının iddiası Strasburq məhkəməsində təmin edilib
“Aiisa” prezervativ istehsalçısının Gürcüstana qarşı iddiası Strasburqda təmin olunub
Gürcüstanın prezervativ istehsal edən “Aiisa” (“Həminki”) şirkətinin Gürcüstana qarşı iddiası Strasburq məhkəməsində təmin edilib. Üç il əvvəl Tbilisi şəhər məhkəməsi “milli mənəviyyat və ləyaqəti təhqir etdiyinə” görə şirkəti 500 lari [150 dollara yaxın] cərimə edib. Qablaşdırmaların üzərində gürcü kraliçası Tamarın (kraliça müqəddəslər sırasına daxil edilib), o cümlədən də Tbilisinin rəmzi “Ana Gürcüstan” abidəsinin komiks üslubunda əksinin həkk edilməsi buna səbəb olub.
Nəticədə prezervativlərin istifadəsi qadağan olunub. Daha sonra Gürcüstanın Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Aiisa”nın (“Həminki”) digər prezervativlərinin qablaşdırmasında Gürcüstanda çox hörmətli şair Şota Rustavelinin əsərlərindən sitatları, gürcücə senzuradan kənar ifadələr, o cümlədən də bəzi dini deyimlər lağa qoyulub.
Avropa İnsan Haqları Məhkəməsi Tbilisi məhkəməsinin Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı ilə bağlı 10-cu maddəsini pozduğunu təsbit edib.
“Fikrin azad ifadəsi demokratik cəmiyyətin təməli və onun inkişafı və özünü reallaşdırmasının əsas şərtlərindən biridir”, – Strasburq Məhkəməsinin qərarında deyilir.
Həmçinin qərara alınıb ki, prezervativlərin qablaşdırılması üçün istifadə olunan dizayn Avropa Konvensiyasının parametrləri altına düşmür, “çünki bu qablaşdırmalar ictimai ehtiyacları təhlükə altına qoymur”.
“Məhkəmə Gürcüstan məhkəməsinin Gürcüstan Pravoslav Kilsəsinin etik normalara baxışının konvensiyada və Gürcüstan Konstitusiyasında təsbit olunmuş müxtəlif dəyərlər üzərində prioritet təşkil etdiyi haqda qərarı ilə razılaşmayıb.
Plüralist demokratik cəmiyyətdə din azadlıqlarından yararlananlar digərlərinin onların inanclarını tənqid etmək hüququnu tanımalı və qəbul etməlidirlər”.
Şirkətin yaradıcısı Anania Qaçeçiladze deyir ki, Strasburq Məhkəməsində qələbə qazanacağına əmin idi.
“Bura patriarx və dpvlətin qatil olduğu, media və LGBT-ni təqib etdiyi bir ölkədir. Və bu radikal fonda bu cür qərarın qəbul edilməsi, ifadə azadlığının müdafiasinin zəmanəti çox vacibdir”, – Qaçeçiladze deyir.
“Aiisa” (“Həminki”) şirkətinin prezervativinin qablaşdırması