Koronavirus 13.11.2020 Gürcüstanda anti-rekord – 3 473 yeni koronavirusa yoluxma və 37 ölüm halı JAMnews Tbilisi Paylaşmaq Paylaşmaq Son sutka ərzində Gürcüstanda 3473 yeni koronavirusa yoluxma halı təsdiqlənib ki, bu da pandemiya başlayandan ən yüksək göstəricidir. Sutka ərzində üzə çıxarılan hallardan demək olar ki yarısı – 1493 hal – Tbilisinin payına düşür. Gürcüstanın digər anti-rekordu – sutka ərzində koronavirusdan 37 nəfər ölüb. 633 nəfər ağır vəziyyətdədir, onlardan 357 nəfər süni nəfəs aparatına qoşulub. Gürcüstanda noyabrın 13-ə qədər ümumilikdə 73 154 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 636 nəfər 55 511 nəfər sağalıb. Virusun ən çox yayıldığı regionlar sırasında İmereti (513 yeni hal), Açara (448 yeni hal) və Sameqrelo – Yuxarı Svaneti (287 yeni hal) var. Koronavirusdan ilk əsl vaksin?Dünyada hər milyon nəfərə yoluxma sayına görə, Ermənistan 10-ci, Gürcüstan 56-ci, Azərbaycan 97-cüdür