Gürcüstanda səs-küylü intihar işi üzrə hökm çıxarılıb
Xanım Ceyranovanın işi
Gürcüstan Prokurorluğunun məlumatına görə, Lamabalo kəndinin (Saqareco bələdiyyəsi) sakini Xanım Ceyranovanın səs-küylü intihar işi üzrə məhkəmə dörd nəfəri təqsirli bilib. Onlar bir qrup şəxs tərəfindən gender bərabərliyini pozaraq ləyaqətin alçaldılması və ya qeyri-insani rəftarda (Gürcüstan CM) ittiham olunublar. Hər biri beş il yarım müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi 2014-cü ilin sentyabr hadisələri ilə bağlıdır. O zamana 30 yaşlı Xanım Ceyranova əri tərəfindən xəyanətdə ittiham olunmuş və evdən qovulmuşdu, bunun ardınca isə ərinin qohumları onu insanların gur olan yerində hamının gözü qarşısında vəhşicə döymüş, təhqir edib, alçaltmışdılar. Müttəhimlər bildiriblər ki, Ceyranova “özünü qadına yaraşmayan şəkildə aparırmış”. Hadisədən iki gün sonra qadının meyiti asılmış vəziyyətdə tapılıb.
Prokurorun ittihamnaməsində deyilir ki, müttəhimlərin 2014-cü il sentyabrın 16-da Saqareci rayonunun Lambalo kəndində qadını zorla maşına otuzdurub kəndin mərkəzinə, insanların qələbəlik olduğu yerə apardığı dəlillərlə sübuta yetirilib.
- Azərbaycanda məişət zorakılığına görə cəzanın sərtləşdirilməsi təklif olunur
- “Cəhənnəmdə idim, indi cənnətə düşmüşəm”
- Qadınlar nə uğrunda mübarizə aparırlar? Feminizmin əlifbası
Təqsirləndirilənlər kənd sakinlərinin gözü qarşısında qadını təhqir edir və deyirmişlər ki, özünü yaxşı aparmadığı üçün cəzalandırılmalıdır.
“Cinayətkar qrupun əməlləri zərərçəkənə mənəvi iztirablar verib, buna görə də o, 2014-cü il sentyabrın 18-də intihar edib”, – hökmdə deyilir.
Qeyd etmək lazımdır ki, bu cinayət işi üzrə daha bir şəxs də ittiham olunur və onun işinə Tnilisi şəhər andlılar məhkəməsində baxılır.