Gürcüstanda çörək bahalaşdı
Bu gün səhər mağazalarda çörəyin pərakəndəı satış qiyməti beş-on tetri yüksəlib.
Qiyməti 80 tetri (təxminən 30 sent) olan ən ucuz ağ çörək indi 90 tetriyə (təxminən 34 sent) satılır. Başqa çörək növləri 1 lari və 10-20 tetri bahadır.
“Biznespressnyus” agentliyi yazır ki, bahalaşmanın səbəbi kimi çörək istehsalçıları unun və yanacağın bahalaşmasını göstərirlər.
•Gürcüstan sakinləri kasıblaşdı
•Gürcüstanda beş nəfərlik ailənin yaşayış minimumu təxminən 130 dollardır
Çörək məhsulları assosiasiyasının sədri Malxaz Dolidze deyir ki, yaydan etibarən unun bir kisəsinin qiyməti 32 faiz artıb və 47-50 lari təşkil edir, halbuki hələ avqustda bir kisənin qiyməti 33-35 lari idi. Buna görə də, onun fikrincə, çörəyi əvvəlki qiymötində saxlamaq mümkün deyil.
Bundan əlavə, çörəyin qiymətinin qalxması yanacaöın da qiymətinin qalxması ilə şərtlənib – nəqliyyat xərcləri artıb. Daha bir səbəb yeni tənzimlənmələrin olmasıdır. Məsələn, yeni qaydalara əsasən, çörək mütləq kağız paketə qablaşdırılmalıdır, bu isə maya dəyərini artırır.
“Rustavi-2” teleşirkətində söhbətlərində çörək məhsullarının satışı ilə məşğul olan insanlar bildiriblər ki, çörək çoxdan bahalaşmalı idi, lakin prezident seçkilərinə görə hakimiyyət süni olaraq əvvəlki qiymətləri qoruyub saxlayırdı.
Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçirilib və Gürcüstanın beşinci prezidenti hakimiyyətyönlü namizəd Salome Zurabişvili seçilib. Onun inauqurasiya mərasimi dekabrın 16-da baş tutacaq.
Tbilisinin bir çox supermarketlərini çörək-bulka məhsulları ilə təmin edən çörək istehsalı üzrə ən iri şirkətlərdən biri olan “İpkli”də deyirlər ki, onların məhsulları dekabrın 10-dan etibarın 10 tetri bahalaşıb. Şirkətdə bildirirlər ki, taxılın bahalaşması bütün dünyada gedən örosesdir: “Son bir neçə ay ərzində taxılın və unun qiyməti bir çox ölkələrdə nəzərə çarpacaq dərəcədə artıb. Dəyişikliklər gürcüstanlı istehsalçılara da toxunub”.
Bir neçə ay boyunca “İpkli” un ehtiyatlarının və daxili ehtiyatların səfərbər olunması hesabına son ana qədər qiymətləri əvvəlki səviyyədə saxlamışdı. Lakin taxılın və unun yenidən bahalaşması şirkəti özümün qiymət siyasətinə yenidən baxmağa vadar edib. İstehsalçılar qiymətlərin yenidən yüksələcəyini istisna etmirlər.
Region öplkələrində çörək bahalaşıbmı?
Qonşu dövlətlərdə çörəyin qiyməti hələ ki dəyişməyib.
Azərbaycanda ağ zavod çörəyi 45 qəpikdir (təxminən 24 sent). Ermənistanda çörək regionda ən baha qiymətə satılır, lakin son zamanlar o bahalaşmayıb. Ermənistanda ən ucuz çörəyin qiyməti 240 dramdır (təxminən 48 sent).