Sosial şəbəkələrdə rəsmi məlumatlara inanmırlar " />

Gürcüstanda beş nəfərlik ailənin yaşayış minimumu təxminən 130 dollardır

Sosial şəbəkələrdə rəsmi məlumatlara inanmırlar

Gürcüstanın Statistika Departamenti 2017-ci ilin oktyabr ayı üçün yaşayış minimumu üzrə məlumatları açıqlayıb. Belə alınıb ki, orta statistik istehlakçıya yaşamaq üçün ayda 154 lari və 10 tetri [təxminən $60] lazımdır. Bu da sentyabrda lazım olandan 4,6 lari [təxminən $1,5] çoxdur. Və rəsmi statistikanın hesablamalarına görə, 2016-cı ilin oktyabr ayında yaşamaq üçün lazım olduğundan 12,3 lari [təxminən $5] artıqdır.

Statistika xidməti müxtəlif tip ailələr üçün yaşayış minimumu üzrə aşağıdakı məlumatları təklif edir:

  • Bir nəfərdən ibarət ailə — 154 lari 10 tetri [təxminən $55]
  • İki nəfər – 246 lari 40 tetri [təxminən $90]
  • Üç nəfər – 277 lari 40 tetri [təxminən $100]
  • Dörd nəfər – 308 lari 20 tetri [təxminən $115]
  • Beş nəfər – 346 lari 80 tetri [təxminən $130]
  • Altı və daha çox nəfər – 409 lari 90 tetri [təxminən $150]

Beləliklə də, belə çıxır ki, beş nəfərdən ibarət ailənin hər bir üzvünün aylıq yaşaması üçün daha az lazımdır, nəinki tək yaşayan adama,  69 lari 36 tetri [təxminən $25] kifayət edir.

Gürcüstanda yaşayış minimumunu kim və necə müəyyən edir

Gürcüstanda yaşayış minimumu 1997-ci ildə qəbul edilən qanunla müəyyən olunur.

Minimal istehlakçı səbəti əmək qabiliyyətli yaşda olan, işləyən kişi üçün lazım olan qida məhsullarının gündəlik miqdarından çıxış edərək hesablanır.  

  • Buğda çörəyi – 250 qram
  • Qarğıdalı unu – 40 qram
  • Paxla – 20 qram
  • Düyü– 10 qram
  • Qarabaşaq– 10 qram
  • Mal əti– 40 qram
  • Makaron– 15 qram
  • Donuz əti – 20 qram
  • Süd – 150 millilitr
  • Kəsmik — 15 qram
  • Pendir– 20 qram
  • Badımcan — 10 qram
  • və başqa ərzaqlar.

Sosial şəbəkələrdə reaksiya

Yaşayış minimumu ilə bağlı açıqlanan məlumatlar həmişəki kimi, “Facebook”da qızğın müzakirələrə səbəb oldu.

“Facebook” istifadəçiləri hər dəfə, bir qayda olaraq, ac 1990-cı illərdə Gürcüstanın keçmiş birinci xanımı Nanuli Şevardnadzenin dediyi sözləri xatırlayırlar – yaxşı ev xanımı bütün ailəni düz bir ay 14 lariyə də dolandıra bilər, Eduard Şevardnadzenin prezidentliyi dövründə pensiya məhz bu qədəriydi.  

“Nanuli Gürcüstanın Statistika Departamentindən daha yaxşı sayırdı”;

“Yaşayış minimumu yoxsa? Bu, ölməmək üçündür? Adama günə iki yarım lari alınır. Bu cür gəlirlə necə sağlamlığını itirməyəsən?!”

“Ümumiyyətlə bu Gürcüstanın Statistika Departamentini dağıtmaq, işçilərini də reallığı saxtalaşdırdığına görə mühakimə etmək lazımdır”;

“Yəni evdə iki təqaüdçü varsa, işləməmək də olar – bütün ailə dolanar”;

“5 adam necə 346 lariylə dolanmaz… Gündə 3 çörək, 1 kilo kartof, 1 kilo makaron, bir qutu yağ… Bu da 202 lari… Qalan pula uşaqları zooparka aparmaq da olar”, – “Facebook istifadəçiləri yazır.   


More on JAMnews