Gürcüstanda buster – koronavirusa qarşı üçüncü doza vaksin tətbiqinə başlanılıb
Gürcüstanda buster – koronavirusa qarşı üçüncü doza vaksin
Gürcüstanda xüsusi qruplara (siyahı aşağıda) daxil olan vətəndaşlar üçün buster və ya koronavirusa qarşı üçüncü doza vaksinin tətbiqinə başlanılıb.
Həmçinin xroniki xəstəlikləri olan, risk qruplarına daxil olan 12 yaşdan yuxarı uşaqlarıb vaksinasiyasına başlamaq qərarı da lınıb. Qalan hallarda yaş məhdudiyyəti olduğu kimi qalır: yalnız yaşı 12-dən yuxarı oolanlara peyvənd vurula bilər.
İmmunlaşdırma üzrə Milli Şura vətəndaşların ikinci dozadan altı ay keçəndən sonra üçüncü doza vaksin ala biləcək aşağıdakı qruplarını müəyyən edib:
● 50 yaşdan yuxarı insanlar;
● xroniki xəstəliyi olan istənilən yaşda insanlar;
● tibb personalı;
● yüksək riskli digər peşə sahibləri;
● qapalı müəssisələrin əməkdaşları və orada yaşayan insanlar.
Xarici səfərlərə çıxan və müvafiq sənəd təqdim edə bilən şəxslərə də üçüncü doza peyvənd vurula bilər. Bu halda iki doza peyvənddən sonra ən azı 28 gün keçməlidir.
Buster kimi ölkədə mövcud olan istənilən növ peyvənd seçilə bilər, ilk iki vaksin zamanı hansı preparatdan istifadə olunmasından asılı olmayaraq.
Yeganə istisna AstraZeneca preparatıdır. Vaksini istehsal edən şirkət bildirib ki, bu preparatın busterə ehtiyacı yoxdur, çünki iki dozadan əldə olunan immunitet qalıcıdır və uzun müddət orqanizmi qoruyur.
Gürcüstanda koronavirusa qarşı vaksinasiya 2021-ci il martın 15-dən başlayıb. Oktyabrın 10-a qədər 849 946 nəfər və ya yetkin yaşda olan əhalinin 29,8 faizi tam vaksinasiyadan keçib.
Amma son həftələrdə vaksinasiya tempi əhəmiyyətli dərəcədə azalıb. Əgər avqustun sonunda hər gün 20 mindən çox insan vaksinasiyadan keçirdisə, son həftələrdə gün ərzində orta hesabla səkkiz min doza vaksin istifadə olunur.