Gürcüstanda 30 minə yaxın uşaq sabundan istifadə və evdə yuyunmaq imkanından məhrumdur - UNICEF
BMT Uşaq Fondunun (UNICEF) məlumatına əsasən, pandemiya uşaqlara və yeniyetmələrə böyük təsir göstərib. Yaşayış yeri olmayan ailələrin uşaqları pandemiya qarşısında xüsusilə müdafiəsiz qalıblar, onları sanitar-gigiyenik şəraitdən məhrumdurlar.
Bu təşkilatın məlumatına görə, Gürcüstanda 29800 uşaq mütəmadi olaraq sabundan istifadə eləmək imkanında malik deyil və suyu olmayan evlərdə yaşayırlar. Bu uşaqlar epidemiya zamanı yüksək risk qrupuna daxil olurlar.
UNICEF martın 2-dən Gürcüstan məktəblilərinin koronavirus epidemiyası səbəbilə distant təhsilə keçməsinə diqqət çəkir. Amma onlayn təhsil prosesinin keyfiyyəti internetin zəif olması üzündən xeyli ziyan görür.
Bundan başqa, təşkilatın məlumatında deyilir ki, 17 yaşına qədər 50400 uşağın evində nə kompüteri, nə də interneti var. Nəticədə təhlükəli vəziyyət yaranıb – uşaqların bir hissəsi məhtəb təhsilində öz daha imkanlı yaşıdlarından geri qala bilər.
UNICEF-in hesabatında Gürcüstanda uşaqlara göstərilən tibbi yardımın effektivliyinin bütün uşaqlar üçün eyni olmadığı da göstərilib. Koronavirus pandemiyası dövründə sosial təminatsız ailələrin uşaqları xüsusi ağır vəziyyətdə ola bilər – sənəddə deyilir.
“Biz təhsil, səhiyyə, sanitar-gigiyenik normalar kimi vacib sahələrdə batan uşaqlar üçün bərabər şəraitin yaradılması üçün çalışmalıyıq”, – UNICEF-in Gürcüstandakı nümayəndəsi Həsən Xəlili deyib.
Uşaqların kasıblığı Gürcüstanın ən kəskin problemlərindən biri olaraq qalır. UNICEF-in apardığı tədqiqata əsasən:
● Beş yaşa qədər uşaqların 64 faizimağazadan alınan oyuncaqlarla oynayırlar. 94 faiz məişət əşyaları, o cümlədən də küçədən tapdıqları əşyalarla oynayırlar.
● Uşaqların 12 faizinin oyuncağı yoxdur – onlar əldəqayırma oyuncaqlarla oynayırlar.
● Uşaqların 44 faizinin hətta üç ədəd uşaq kitabı da yoxdur.
● Beş yaşa qədər uşaqların altı faizinin çəki problemi var.
● Uşaqların altı faizinin boyu normadan qısadır, iki faizinin çəki azlığı var.
● Altı ayından 23 ayına qədər uşaqlar töövsiyə onunan səkkiz qrup qidadan yalnız beş qrupunu alır.
● Uşaqlar üçün müxtəlif rasionu daha çox şəhərlərdə təmin etmək mümkündür. Regionlarda vəziyyət xeyli pisdir.
● Uşaq rasionunun ən minimal müxtəlifliyi Samtsxe-Cavaxetiya regionunda qeyd olunub.