Gürcüstanda ərzaqda qiymət artımı
Gürcüstanda ərzaq çox bahalaşıb.
«Sakstat»ın (“Gürcüstan Statistika Komitəsi”) məlumatına görə, inflyasiya səviyyəsi 6.9 faizdir.

Keçən illə müqayisədə bu ilin aprel ayın üçün qiymətləri qalxıb:
● meyvələr 45 faiz
● tərəvəzlər 14.1 faiz
● süd məhsulları 23 faiz
● ət məhsulları 15 faiz
● Qənd, cemlər, şirniyyat 16.9 faiz
● un məmulatları 8.4 faiz
● günəbaxan yağı, yağlar 11.0 faiz
Ərzaq məhsullarından başqa digər məhsullar və xidmətlər bahalaşıb. “Sastat”ın məlumatına görə, səhiyyə xidmətində qiymətlər orta hesabla 4.9 faiz artıb.

Gürcüstanda pensiya 220 lari (təxminən 70 dollar) təşkil edir.
Yaşayış minimumu 206 laridir.
İşsizlik səviyyəsi 11.6 faizdir (ümumən ölkədə 1 milyon 911 min iqtisadi aktiv insan var, onlardan 221 min nəfəri və ya 11,6 faizi işsizdir). Bu rəsmi rəqəmlərdir, amma ekspertlər işsizlik səviyyəsinin realda daha yüksək olduğunu deyirlər.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, əhalinin 20.1 faizi yoxsulluq həddində yaşayır (2018-ci ilin məlumatı).
Baş nazir Giorgi Qaxariyanın proqnozlarına görə, pandemiyaya görə Gürcüstan təxminən 350 min iş yeri itirə bilər.