Gürcüstan öz ərazisindən silah tranzitinə imkan verməyəcək
Gürcüstan heç bir ölkəyə öz ərazisindən hərbi yük tranzitinə imkan verməyəcək. Bu haqda sentyabrın 29-da parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili jurnalistlərin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı sualına cavab olaraq bildirib.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində gedən hərbi əməliyyatlar haqda hər iki tərəfdən xəbərlər və reportajlar
Onun sözlərinə görə, qonşu ölkələr bu haqda məlumatlandırılıb və Gürcüstanın qərarına hörmətlə yanaşırlar.
•Gürcüstanlı siyasətçilər və ekspertlər Qarabağ münaqişəsi haqda
•Qarabağda döyüşlər və Rusiya – nə əlaqəsi var? Bakıdan şərh
“Qarabağ münaqişəsinə münasibətdə Gürcüstan neytral mövqe tutur, çünki biz həm Gürcüstanla, həm də Ermənistanla mehriban qonşuluq münasibətindəyik. Vurğulamaq istəyirəm ki, hər iki ölkə bizim mövqeyimizə anlayışla yanaşır”, – Sesiaşvili bəyan edib.
O həmçinin bildirib ki, Gürcüstan tərəfi Qarabağda vəziyyəti analiz edir və istənilən ssenariyə hazırdır.