Gürcüstan kanalında Putinin ünvanına söyüş. Siyasətçilərin və ekspertlərin şərhi
Gürcüstanda “Rustavi-2” teleşirkətinin canlı yayımında analitik proqramın aparıcısı Giorgi Qabuniyanın çıxışı ilə bağlı yaranan qalmaqal davam edir. O, öz verilişini Rusiya prezidenti Vladimir Putinin ünvanına senzuradan kənar ifadələrlə açıb.
“Postskriptum” verilişinin tamaşaçıları bazar günü axşam bir dəqiqədən çox rus dilində Putinin və anasının ünvanına söyüş eşidiblər.
Aparıcı öz müəllif proqramını məhz bu cür başlamaq qərarına gəlib.
Bu, cəmiyyətdə coşğun reaksiya doğurub, “Rustavi-2” isə iyulun 8-ə keçən gecə yayımını müvəqqəti olaraq dayandırmalı olub.
“Rustavi-2” kanalının baş direktoru Nika Qvaramiya canlı yayımda fövqəladə bəyanatla çıxış edib və teleşirkət adından tamaşaçılar qarşısında üzr istəyib.
Onun sözlərinə görə, “kanal Qabuniyanın nəinki fikrini, ifadə formasını da bölüşmür”.
“ ‘Postskriptum’ verilişində baş verənlər kanalın redaksiya siyasəti deyil… Biz mütləq bu məsələni özünü nizamlama çərçivəzində müzakirə edəcəyik və mütləq müəlliflə bağlı müvafiq qərar qəbul edəcəyik”, – o bildirib.
Proqram efirə çıxandan az sonra teleşirkət binasə ətrafında jurnalistin çıxışından narazı qalan vətəndaşların kor-təbii mitinqi başlayıb.
Qərb əleyhinə, milli və seksual azlıqların ünvanına aqressiv çıxışları ilə seçilən “Gürcü marşı” kimi ultra-sağ təşkilatların nümayəndələri “Rustavi-2” yaxınlığında mitinqə çağırış ediblər.
Etirazçılar hakimiyyətdən “Rustavi-2” telekanalının bağlanmasını və jurnalistin cəzalanmasını tələb ediblər. Mitinqçilərin fikrincə, Qabuniya Rusiya prezidentini təxribata çəkib və o “bu məsələni belə qoymayacaq”, hətta rusiya ilə yeni müharibəyə də gedib çıxa bilər.
Məhz jurnalistlərin təhlükəsizliyi təhdid edildiyi üçün “Rustavi-2” öz işini dayandırıb və yalnız iyulun 8-də səhər yenidən efir bərpa olunub.
Gürcüstan hakimiyyəti də operativ şəkildə jurnalistin senzuradan kənar çıxışına münasibət bildirib.
Elə həmin gecə prezident, baş nazir və digər hökumət üzvləri xüsusi bəyanatlarla çıxış ediblər, Gürcüstanın Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda beynnəlxalqictimaiyyəti baş verən hadisəyə reaksiya verməyə çağırıb.
“Biz “Rusitavi-2” telekanalında istifadə olunan söz azadlığı ilə heç bir əlaqəsi olmayan və mahiyyət etibarilə açıq təxribat olan ifadələri ciddi şəkildə pisləyirik”, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Gürcüstan XİN-i beynəlxalq ailəmi və söz azadlığı məsələləri üzrə çalışan beynəlxalq təşkilatları “beynəlxalq peşəkarlıq normalarını və standartlarını kobud şəkildə pozan teleşirkətin və konkret jurnalistin əməllərinə qiymət verməyə” çağırıb.
Ölkə prezidenti Salome Zurabişvili Twitter-də yazıb ki, “nifrətin qızışdırılması və sözlü aqressiyanı qeyd-şərtsiz qınayır”.
“Bunlar (jurnalistin söylədikləri) gürcü ənənələrinə ziddir və ölkədə yalnız parçalanmaya və gərginliyin yüksəlməsinə xidmət edir”, – prezident bəyan edib.
“Bu, təxribatçıların öz ölkəsinə qarşı müharibəsidir, dövlətin və vətəndaşların təhlükəsizliyi ilə çirkin və iyrənc oyundur”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.
Tele-aparıcının senzuradan kənar ifadələrini Gürcüstan müxalifəti də tənqid edib, amma onlar eyni zamnda hakimiyyətin teleşirkətin fəaliyyətinə müdaxilə edilməsini və söz azadlığına qarşı istənilən təhdidə qarşı çıxıblar.
Müxalifət və ekspertlər də hakimiyyətin reaksiyasını kəskin tənqid ediblər.
Parlamentin “Avropa Gürcüstanı” partiyasından olan deputatı Sergi Kapanadze Facebook-da yazıb:
“Niyə bu insanlar Rustavi-2-nin binası qarşısında toplaşıblar? Onlar nədənn qorxublar? Müharibədən? Onlar həqiqətən düşünürlər ki, jurnalistin tiradasına görə müharibə başlaya bilər? Prezident, baş nazir və XİN bundan qorxur? Jurnalistin dedikləri qətiyyən qəbulolunmazdır, amma buna görə müharibə başlamır. Bu ölkədə konstitusiyanın qarant olduğu söz azadlığı var”.
“Sakit olun, yoldaşlar, dünya tarixində heç vaxt bir jurnalistin söyüşünə görə müharibə başlamayıb”, – Facebook-da siyasi şərhçi Qiya Xuxaşvili yazıb.
Publisist Zaal Andronikoşvili XİN-in bəyanatını “Gürcüstan diplomatiyası tarixinin ən biabırçı bəyanatı” adlandırıb.
Amma prezident Putinin ünvanına söyüş söyülməsi faktının araşdırılmasını tələb edənlər də var.
Politoloq Xatuna Laqazidze hesab edir ki, “bu, jurnalist tərəfindən Gürcüstanın müstəqilliyinə qarşı yönələn təxribatdır”.
“Bu fakt üzrə təcili araşdırma başlatmaq lazımdır. Düşünürəm ki, bu, sadəcə emosional çıxış olmayıb. Qobuniyanın Rusiya qoşunlarının ölkəyə girməsinə səbəb ola biləcək bu çıxışını kimin sifariş etdiyini təəcili araşdırmaq lazımdır. Hakimiyyət bunun təxribat olduğu ilə bağğlı yalnız bəyanatlarla kifayətlənməməlidir.Qoy təcili araşdırma başlasınlar”, – Laqazidze “Kviris palitra” qəzetinə deyib.
Qabuniyanın monoloqunu bir çox jurnalistlər də müzakirə edib və bildiriblər ki, bu, peşəkarlıq prinsiblərinə ziddir.
Gürcüstanın Jurnalist Etikası Xartiyası da xüsusi bəyanatla çıxış edib. Orada deyilir ki, “Rustavi-2”-nin “qeyri-etik bəyanatları digər Gürcüstan mediasına ziyan vurur və onlara qarşı etibarı zəbələyir”.
Amma müəlliflər həmçinin vurğulayırlar ki, “Rustavi-2” ilə bağlı vəziyyət medianın söz azadlığının məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.
“Bu cür qeyri-etik və məsuliyyətsiz bəyanatlar hakimiyyəti KİV azadlığını məhdudlaşdırmağa və cəmiyyətdə bu cür dəyişiklikləri dəstəkləməyə həvəsləndirir, üstəlik son zamanlar yüksək vəzifəli məmurlar və digər ictimai şəxslər dəfələrlə KKİV-in özününizamlamasının məhdudlaşdırılması təşəbbüsləri ilə çıxış ediblər”, – jurnalistlər ehtiyat edirlər.
Hazırda söyüş söyülən verilişin videosu kontentə münasibətdə senzuradan kənar ifadələr və nifrət dili əks etdirdiyi üçün YouTube-dan da silinib.
Video “Rustavi-2” teleşirkətinin saytında da yoxdur.
İyunun sonunda parlament binasında RF Dövlət Dumasının deputatı Sergey Qavrilovun spiker kürsüsündə əyləşərək etdiyi çıxışdan sonra Tbilisidə kütləvi aksiyalar baş tutub.
Etiraz aksiyaları fonunda iyulun 8-dən Rusiya aviaşirkətləri ölkə prezidentinin fərmanı ilə Gürcüstana sərnişindaşımanı dayandırıb, Gürcüstan aviaşirkətlərinin RF-ə uçuşları da qadağan edilib. Kremldən bildirilib ki, Gürcüstan “qeyri-rusofob məcraya” qayıtdığı zaman qadağa ləğv edilə bilər.