Əfqan Muxtarlı: Gürcüstan Hava Yolları və konsulluq mənə Gürcüstana uçmağa mane olur
Oktyabrın 9-da Almaniyadan Gürcüstana uçmalı olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı bildirib ki, Gürcüstan Hava Yolları şirkəti və Gürcüstan konsulluğu ona mane olur.
“Mən Şenefeld aeroportundayam, Gürcüstan Hava Yolları və Gürcüstan konsulluğu problem yaradır – onların sözlərinə görə, mənim sənədlərim qaydasında deyil, amma bu yalandır”, – jurnalist Facebook-da yazıb.
Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə oğurlanması ilə bağlı Gürcüstan prokurorluğunda ifadə verməli idi
•Əfqan Muxtarlı: “Mənə dedilər ki, Gürcüstan hakimiyyəti mənim oğurlanmağım üçün rüşvət alıb”
“Görünür ki, mənim səfərim haqda bilirdilər və mane olmağa çalışırlar. Mənim sənədlərim Gürcüstanın Xarici İşlər Nazirliyinin saytında göstərilən tələblərə müvafiqdir. Mən formanı doldurmuşam və təsdiq almışam!”
“Azərbaycanda yaşamaq mənim haqqımdır” – keçmiş siyasi məhbus Əfqan Muxtarlı JAMnews-a gələcək planları haqda danışıb
Əfqan Muxtarlı: “Mənə dedilər ki, Gürcüstan hakimiyyəti mənim oğurlanmağım üçün rüşvət alıb”
“İvanişvili hakimiyyəti qorxaqdır. Onlar mənim gəlişimdən qorxurlar, çünki cinayətlərinin üstü açılacaq. Onlar elədiklərini gizlədə bilməyəcəklər və cinayətlərinə görə cavab verəcəklər”, – jurnalist yazıb.
Gürcüstan prokurorluğundan bildiriblər ki, Muxtarlı artıq bu məsələ ilə bağlı Almaniyada dindirilib.
Prokurorluqdan “Interpressnews” agentliyinə bildirilib ki, “Baş Prokurorluğun sorğusu əsasında Almaniyanın müvafiq strukturları cari iş üzrə 2020-ci il iyulun 24-də Əfqan Muxtarlını dindiriblər. Dindirmə protokolu və müvafiq materiallar 2020-ci il oktyabrın 1-də Almaniyadan Gürcüstana göndərilib və cinayət işinə əlavə olunub. Cinayət işi üzrə istintaq davam edir”.
2015-ci ildən ailəsi ilə birlikdə Azərbaycan hakimiyyətinin təzyiqindən qaçaraq Gürcüstana sığınan Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə yoxa çıxmışdı.
Səhəri gün Muxtarlının Bakıda həbsdə olduğu, sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polisə müqavimət göstərməkdə ittiham edildiyi məlum olmuşdu. Jurnalist özü isə bildirmişdi ki, onu Tbilisinin mərkəzindən oğurlayıb, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriblər. Daha sonra o, altı il müddətinə azadlıqdan məhrum edilmişdi.
2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən həbsdən azad edilmiş və dərhal Almaniyaya göndərilmişdi. Ona Azərbaycanda doğmaları ilə vidalaşmağa belə imkan verməmişdilər. Jurnalistin özü bildirir ki, hakimiyyət sadəcə onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib.