Üzən nəhəng ağacın kadrları sosial şəbəkələri sözün əsl mənasında partlatdı.
Bu fotomontaj deyil, bir əsrlik ağacın Tsixisdzviridəki (Acara) botanika bağından milyarder Bidzina İvanişvilinin böyük malikanəsinın yerləşdiyi Şekvetili adlı əraziyə nəql edilməsi prosesini işıqlandıran real kadrlardır.
Foto: “Batumelebi qəzeti
Kökləri ilə birlikdə qazılıb çıxarılan nəhəng ağac xüsusi barjaya birləşdirilib. Tsixisdzvirinin sahilində bu proses üçün xüsusi olaraq körpü quraşdırılıb. Ağac Gürcüstanın keçmiş baş nazirinin şəxsi malikanəsinə qədər bir neçə kilometr qət edib.
Bu, gürcü milyarderin malikanəsinə ilk nəhəng ağac nəqli deyil. Fəallar və sıravi vətəndaşların coşğun etirazına baxmayaraq, Tsixisdzviridən artıq bir neçə unikal ağac aparılıb.
Üç il bundan əvvəl baş nazir vəzifəsini tərk edən, amma hələ də olkənin faktiki rəhbəri olaraq qalan İvanişvilinin özü ağacların məhz onun evinə üzüb gəldiyini inkar etmir. Onu ancaq fəalların etirazı təəccübləndirir: “Mən böyük ağacları çox sevirəm. Bu, mənim hobbimdir. Nəhəng ağaclar mənim əyləncələrindən biridir, – deyə o bildirir və “bunun niyə pis olduğunu anlamır.
Sosial şəbəkə istifadəçilərindən biri boyük populyarlıq qazanan videonu montaj edib. Burada Teo Anqelopulosun “Dumanda mənzərə filmindən fraqmentlərlə yanaşı Tsixisdzviridə çəkilən kadrlar da var.
Bu, gürcü “Facebook istifadəçisinin videosudur.
Bu da Anqelopulosun filmindən olan kadrlardır. Fərqi tapın.