“Gecə serenadaları” Biçvintadan Anakliyaya qədər
“Gecə serenadaları – Abxaziyaya çox yaxın – bu ad altında klassik musiqi festivalı yayın son günlərində Anakliya qalasında açıq səma altında keçirilib.
İlk “Gecə serenadaları 1982-ci ildə Biçvintada məşhur skripkaçı və dirijor Liana İsakadzenin təşəbbüsü ilə keçirilib və 1991-ci ilə qədər hər il Abxaziyada baş tutub. 8 il əvvəl onu yenidən – bu səfər Batumidə keçirdilər. Bu il isə festivala Sameqrelo, Anakliya evsahibliyi edib.
Klassik musiqi şedevrlərini Liana İsakadze, “Virtuozlar Ümumdünya kamera ansamblı və Sezar Alvares ifa ediblər.
Konsertdən sonra Liana İsakadze jurnalistlərə bildirib ki, “orkestrlə birlikdə gürcü xalqını Abxaziya ilə birləşdirən kədər, ağrı və itkini ifadə edib.
“Çox şadam ki, konsert Anakliyada, Biçvinta yaxınlığında, 1982-ci ildə festivalın tarixinin başladığı yerdə keçirilib. Biçvintada konsert kilsədə keçirilirdi və zalda adam əlindən tərpənmək olmurdu.
Dərc olunub 1.09.2016