İctimai rəyin müəyyən edilməsi üçün Gallup şirkətinin apardığı sorğunun nəticələrinə görə, Gürcüstanda sorğu iştirakçılarının yalnız 8 faizi NATO təhlükə hesab edir. 37 faiz üçün isə Şimali Atlantika Alyansı ölkənin müdafiəsi ilə assosiasiya olunur.
Sorğuya əsasən, NATO-nu dəstəkləyənlər 10 postsovet ölkəsi arasında ən çox Gürcüstandadır.
NATO-ya ən ehtiyatlı yanaşma Rusiyadadır, orada sorğu edilənlərin 67 faizi Qərbin hərbi blokunu təhlükə kimi, sadəcə 3 faiz müdafiə kimi dəyərləndirir.
Ukraynada sorğuda iştirak edənlərin 29 faizi NATO-nu təhlükəsizlik, 35 faizi isə təklükə ilə əlaqələndirir.
Moldovada NATO-u daha az dəstəkləyirlər, orada 16 faiz Alyansı müdafiə, 27 faiz isə təhlükə hesab edir.
Sorğuya əsasən, NATO-ya qarşı ən skeptik münasibət Rusiya, Belarus (3 faiz müdafiə kimi dəyərləndirir) və Ermənistanda (8 faiz) hökm sürür.
Gallup-un araşdırma nəticələri fevralın 11-də dərc olunub. Hər ölkədə telefonla 2 min insan sorğu edilib. Sorğunun mümkün yanlışlıq payı 2,7 faizdir.