Azərbaycanın Gəncə şəhərinə ikinci raket zərbəsi, onlarla həlak olan və yaralanan var. Video
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın əhəmiyyətinə görə ikinci şəhəri Gəncəyə endirdiyi raket zərbəsi nəticəsində on nəfərdən çox dinc sakin həlak olub, 40 nəfərdən çox yaralanıb – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də bildirib.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar. 21-ci gün
Oktyabrın 17-ə keçən gecə, təxminən saat 1-də raketlər Gəncənin bir neçə küçəsinə düşünb.
Oktyabrın 10-a keçən gecə bu şəhər artıq raket zərbəsinə məruz qalmışdı, o zaman 10 nəfər dinc sakin həlak olmuş, 30 nəfərdən çox yaralanmışdı.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, şəhərə Ermənistan ərazisindən SCUD raketləri ilə zərbə endirilib.
Əməliyyat-taktiki təyinatlı SCUD (P-17) ballistik raketləri zərbənin kifayət qədər dəqiq olmaması ilə fərqlənir, maksimum 300 kilometr uçuş məsafəsinə sahibdir. Rusiya qoşunları tərəfindən 1999-2001-ci illərdə Çeçenistan müharibəsində istifadə olunub.
Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, Gəncənin iki küçəsi raket zərbələrinə məruz qalıb.
Azərbaycanın Tərtər rayonu da kütləvi raket zərbələrinə məruz qalır, hər iki şəhər Qarabağ münaqişəsi zonasından kənardadır.
Oktyabrın 15-də artilleriya atəşi nəticəsində Tərtər məzarlığında dörd dinc sakin həlak olub, dörd nəfər də yaralanıb.
Azərbaycanın rəsmi məlumatına əsasən, sentyabrın 27-də qarşıdurma başlayandan ən azı 60 nəfər dinc sakin həlak olub, 250 nəfərdən çox yaralanıb. Hərbçilər arasında itkilər haqda məlumat verilmir.
Ermənistan tərəfinin məlumatına əsasən, Azərbaycan silahlı qüvvələri Qarabağda yaşayış məntəqələrini atəşə tutur. Rəsmi məlumata əsasən, sentyabrın 27-də eskalasiya başlayandan 33 nəfər dinc sakin həlak olub.
Qarabağda Azərbaycan və Ermənistan orduları arasında döyüşlər sentyabrın 27-dən davam edir. Rəsmi məlumata görə, hər iki tərəfdən həm hərbçilər, həm də dinc sakinlər arasında 1000 nəfərə yaxın insan həlak olub, minlərlə yaralı var. Qeyri-rəsmi itkilər daha çoxdur. Hər iki tərəf qarşı tərəfin böyük texnika itkiləri verdiyi haqda bildirir və bir-birini dezinformasiya yaymaqda günahlandırır.
Oktyabrın 10-a keçən gecə tərəflər atəşkəs haqda razılaşma imzalayıb və dərhal razılaşmanı pozublar. Tərəflər bir-birini atəşkəsə əməl etməməkdə günahlandırır.