Fransda eks-prezident Nikolya Sarkozi saxlanılıb
Martın 20-də Nikolya Sarkozi 2007-ci ildə seçkiqabağı kampaniyasının qanundan kənar maliyyələşdirilməsi ilə bağlı iş üzrə planlanmış dindirməyə gəlib. Fransa polisi onu həbs altına alıb, Reuters xəbər verir.
Fransa prokurorluğu Sarkozinin seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi ilə bağlı araşdırmanı 2013-cü ildən aparır. Məhz o zaman Fransa-Livan biznesmeni Ziyada Takiddin bildirmişdi ki, əlində Sarkozinin kampaniyasının Liviya hökuməti tərəfindən maliyyələşdirildiyi haqda sübutlar var. Bu, Fransa qanunvericiliyinə görə, cinayətdir.
2007-2012-ci illərdə Fransa prezidenti kürsüsünü tutan Sarkozi həmişə Liviya pullarını istifadə etməsi haqda ittihamları rədd edib.
Sarkozi haqda qətimkan tədbiri seçmək üçün Fransa hüquq müdafiə orqanlarının 48 saatı var.
Nikolya Sarkozi Rusiya hakimiyyətinə simpatiyası ilə tanınır. Məhz o, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzü zamanı Qərb hökumətləri və Rusiya arasında vasitəçi rolunu oynayıb.