Etirazlar fonunda energetika – Gürcüstan regionlarında niyə SES inşaatına qarşı çıxırlar?
Gürcüstanın bir neçə regionunda eyni zamanda əhali yeni su elektrik stansiyalarının inşasına fəal şəkildə etiraz edir. Kəndlilərin hakimiyyətlə bu qarşıdurması hələ 1990-cı illərdə başlayıb. Cari və planda olan layihələrin icmalını və yerli əhalini narazı salan əsas səbəbləri təqdim edirik.
2019-cu il aprelin 21-də Gürcüstanın Pankisi dərəsində kiçik, cəmi 5,4 meqavat gücə sahib su elektrik stansiyasının inşaatı yerıli əhali ilə polis arasında qarşıdurmaya gətirib çıxarıb.
Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, yerli sakinlər isə polisləri daşlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 55 nəfər xəsarət alıb, onlardan 38 nəfəri polis, 17 nəfəri yerli sakindir. Polis maşınları və inşaat texnikası zədələnib.
Bu SES “Xadori-3” adını daşıyır və “Alazani enerji” şirkətinin bu dərədəki üçüncü stansiyasıdır. Alazani çayı üzərində artıq “Xadori-1” və “Xadori-2” stansiyaları inşa edilib.
Layihəyə əsasən, yeni SES Birkiani kəndi yaxınlığında inşa edilməlidir və təxminən 4,5 kilometr ərazidə Alazani çayının suyunun 90 faizinin yönü boru ilə dəyişdirilməlidir.
Məhz bu durum etirazlara səbəb olub. Yerli sakinlər qorxurlar ki, çayda suyun həcminin azalması örüş yerlərinə təsir edəcək, örüş yerləri isə onlar üçün çox önəmlidir – əhalinin böyük hissəsi heyvandarlıqla dolanır.
Bundan başqa, SES-in regionun bir neçə kəndində onsuz da ağır olan içməli sy problemini daha da ağırlaşdıracağından, həmçinin turizmin inkişafına mane olacağından da ehtiyat edirlər.
•Tbilisinin köhnə üzü: Gürcüstanda turizm haqda
•Qanda qurğuşun tərkibi Gürcüstanda ekoloji disbalansın əlamətinə çevrilir
Polislə qarşıdurmalar Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariyanın regiona gəlişi ilə sona çatdı. Yerli əhali ilə danışıqlar əhalinin ən azı 90 daizinin layihəni dəsdəkləməyincə SES-in inşasının davam etdirilməyəcəyinə dair nazirin vədi ilə sona çatıb.
Yeni elektrik stansiyaları Gürcüstanın nəyinə lazımdır (ümumiyyətlə lazımdırmı) və əhalinin qorxusu nə dərəcədə əsaslıdır? JAMnews-un tədqiqatı.
Gürvüstan nə qədər elektrik sərf edir, nə qədər istehsal edir və haradan idxal edir
2018-ci ildə Gürcüstan ümumilikdə 12,595 milyon kVt elektrik enetjisi sərf edib. Bunun 1,508 milyon kVt/saatı başqa ölkələrdən alınıb. Eyni zamanda Gürcüstan özü 588 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Bu, onunla əlaqədardır ki, Gürcüstanda istehsal olunan elektrik enerjisinin 80 faizindən çoxu SES-lərin payına düşür, istehsan mövsümiliyi ilə seçilir.
Ümumilikdə ölkədə elektrik enerjisini 86 su, 5 istilik və 1 külək elektrik stansiyası istehsal edir.
Apreldən avqusta qədər çaylarda suyun səviyyəsi yüksək olduğu zaman istehsal da artır. Bu zaman istehlak isə əksinə, azalır və ölkə elektrik enerjisini ixrac edə bilir.
Sentyabrdan marta qədər çaylarda suyun səviyyəsi azalır, daxili istehlak isə artır. Və bu dövrdə Gürcüstan elektrik enerjisini qonşu ölkələrdən – Türkiyə, Azərbaycan, Ermənistan və Rusiyadan alır.
Elektrik enerjisi bazarının operatorunun rəsmi məlumatına görə, Gürcüstan ən çox elektrik enerjisini Azərbaycan və Rusiyadan alır. Müvafiq olaraq, söhbət Gürcüstanın bu ölkələrdən müəyyən enerji asılılığından gedir. Məhz buna görə də Gürcüstan hakimiyyəti yeni SES-lərin inşasında israr edir və bunu ölkənin enerji təhlükəsizliyi məsələsi adlandırır.
Hakimiyyət bildirir ki, elektrik enerjisinə olan tələbat ildən-ilə artır və yüksələn tələbatı təmin etmək üçün yeganə vasitə kiçik və orta SES-lərin inşasıdır.
Hazırda müxtəlif şirkətlərlə 117 SES-in işası ilə bağlı 84 memorandum imzalanıb.
Plana əsasən 2019-cu ildə ümumilikdə 94,8 meqavat gücə sahib 10 SES istismara veriləcək.
Ətraf mühit mühafizəçiləri nə deyirlər?
Gürcüstanda ekoloqlar qətiyyən enerji təhlükəsizliyi və müstəqilliyinin təmin edilməsinə qarşı deyillər. Amma onlar təkid edirlər ki, addımlar təsadüfi olmamalı, başlanğıc üçün energetikanın dəqiq inkişaf planı hazırlanmalı və su elektrik stansiyaları bu plana uyğun inşa edilməlidir.
Birinci növbədə, SES inşaat nəticələrinin dəyərləndirilməsi aparılandan – ətraf mühitə təsiri müəyyən ediləndən sonra tikilməlidir. Bu, təbiətə və yerli əhalinin ənənəvi həyat tərzinə dəyə biləcək potensial ziyanı minimuma endirməyə imkan verəcək.
Bununla yanaşı hakimiyyət ekoloqların praktiki olaraq yekdil fikrinə əsasən elektrik enerjisinin alternativ mənbələri haqda da düşünməlidir. İlk növbədə bu, günəş və külək energetikasının inkişafı və inşaatda enerji təmin edən materiallardan istifadənin dəstəklənməsidir.
Bəzi ekspertlərin fikrincə, Gürcüstanda hazırda potensialının dörddə biri qədər enerji istehsal edən çox sayda SES var, o cümlədən də Sovet İttifaqı zamanından qalanlar. Dövlətlə fərdi şirkətlər arasında bağlanan müqavilələrin qeyri-şəffaf olması və şübhəli “zəmanətli alış” şərtləri də suallar doğurur.
Məsələn, müqaviləyə əsasən, 10 il müddətində dövlət öz üzərinə “Xadori-3” elektrik stansiyasının istehsal etdiyi enerjini 1 kVt/saatını 5,4 sentə almaq öhdəliyi götürüb. Amma bu, qəribə səslənir, çünki başqa ölkələrdən alınan elektrik enerjisinin dəyəri orta hesabla 1 vVt/saata görə 5 sent təşkil edir.
Xudoni
Gürcüstanın ən yeni tarixində ilk və ən irimiqyaslı qtiraz aksiyası Xudon SES-in inşasının ardınca başlayıb.
200 metr hündürlükdə bəndləri, 364 milyon kubmetr həcmli rezervuarı olan 702 meqavatlıq Xudon SES dağlarda – Svaneti regionunun yuxarı hissəsində, Xaişi kəndi yaxınlığında İnquri çayı üzərində inşaa edilməlidir. 1300 meqavatlıq İnquri SES-dən sonra bu, Gürcüstanda gücünə görə ikinci su elektrik stansiyası olmalıdır və ildə 1,5 milyard kVt/saat elektrik enerjisi istehsal etməlidir.
İlkin hesablamalara görə, Xudon SES Gürcüstanda elektrik enerjisi istehlakının 20 faizini təmin edəcək
Layihənin dəyəri 1 milyard dollar təşkil edir. bunun 600 milyonu bəndlərin inşasına, 400 milyonu isə yerli sakinlərin köçürülməsinə və digər sosial ehtiyaclara sərf edilməlidir. SES tikintisi üçün 528 hektar torpaq su altında qalmalıdır. Xaişi və ətrafdakı daha kiçik bir neçə kənd də suya qərq ediləcək. İlkin dəyərləndirmələrə görə, üç min nəfərə yaxın yerli sakini köçürmək lazım olacaq.
SES inşası üzrə ilk işlər 1980-ci illərin sonlarında başlayıb. Amma 1988-ci ildə Gürcüstan cəmiyyətinin əhəmiyyətli hissəsi Xudon SES-in tikilməsinin əleyhinə çıxş etdi.
O zamana qədər işlərin 25 faizi yerinə yetirilmişdi, xərclər isə 150 milyon rubl təşkil etmişdi [o vaxtkı Sovet İttifaqının valyutası – JAMnews]. İnşaatın dayandırılması tələbi ilə Svanetidə yerli sakinlər aclıq aksiyasına başladı, Tbilisidə isə izdihamlı mitinqlər keçirilirdi. Nəticədə 1989-cu ildə Xudon SES-in inşası dayandırıldı. Xudon SES bir də 1990-cı illərdə, ümumi böhranfonunda yada düşdü. Amma bahalı layihə üçün o zaman real sərmayəçi tapmaq mümkün olmadı.
İnvestor “Qızılgül inqilabı”ndan, Gürcüstanda hakimiyyətə Mixail Saakaşvili gələndən sonra tapıldı. Layihə “Trans Elektronika Limited” şirkəti ilə razılaşdırıldı. Amma inşaat işləri heç o zaman da başlamadı. 2012-ci il parlament seçkiləri ərəfəsində o zaman müxalifətdə olan “Gürcü arzusu” seçicilərə söz verdi ki, Gürcüstanda böyük SES-lərin inşası qadağan ediləcək. Tezliklə “Gürcü arzusu” hakimiyyətə gəldi və Energetika Nazirliyində Xudon SES üzrə sazişin tədqiqi üçün qrup yaradıldı.
Bu qrupun rəyini cəmiyyətdə heç kim indiyə qədər görməyib.
2017-ci ildə hakimiyyət “Trans Elektronika Limited”lə müqaviləni pozdu. O zamankı energetika naziri Kaxa Kaladze bildirdi ki, SES mütləq inşa ediləcək, çünki bu, ölkənin iqtisadi inkişafı üçün çox vacibdir. Kaladze (bu gün o, Tbilisinin meridir) deyib ki, dövlət özü büdcə vəsaiti hesabına SES tikəcək. Amma SES-in inaşı hələ də başlamayıb.
Nenskra və Mestaçala
Əhali başqa bir neçə su elektrik stansiyasının da inşasına etiraz edir – bunlar eyni adlı çaylar üzərində inşa edilən Nenskara SES, həmçinin Mestiçala SES-1 və Mestiçala SES-2-dir.
Mestiçala çayı üzərində SES inşası 2017-ci ildə başlayıb. Layihənin investisiya dəyəri 65 milyon dollar, elektrik stansiyalarının ümumi gücü isə 50 meqavatdır.
2017-ci ilin dekabrında yerli sakinlər SES inşaatçılarının yolunu kəsib və onlara işləməyə imkan verməyiblər.
Sonra aksiya 2018-ci il martın 31-də təkrarlanıb, bu zaman bir neçə qadın avtomobil yoluna uzanaraq inşaat şirkətinə aid texnikanın yolunu kəsib. Onlar bildiriblər ki, SES tikintisi artıq onların yaşam mühitinə ziyan vurub və inşaat rayonunda turş su mənbələri quruyub.
Nenskra SES-in inşaatı başlayandan sonra Mestiada böyük etiraz aksiyası keçirilib.
Layihəyə əsasən, Nenskra çayı üzərində 135 metr hündürlüklü bənd inşa edilməli və 820.400 hektar meşə və örüş ərazisi suyun altında qalmadır, Çuber icmasının üç kəndinin sakinləri isə köçürülməlidir. yerli sakinlər SES-in alternativ yolla, dərənin batırılmaması şərtilə inşa olunmasını tələb edirlər.
2016-cı il mayın 20-də Nenskra SES-in əleyhdarlarının aksiyasını DİN xüsusi təyinatlıları zor tətbiq edərək dağıdıb və səkkiz nəfər saxlanılıb.
2018-ci ilin martında Mestiyada Lalxori – Svaneti icması nümayəndələrinin iclası keçirilib və SES tikintisinin qadağan edilməsi haqda yekdil qərar qəbul edilib.
“İndən belə Svanetidə SES inşa edilməyəcək, o cümlədən də Xudan SES, Nenskra SES, Mestiaçala SES və Yuxarı Svanetidə inşası planlaşdırılan 50 digər SES”, – Lalxorinin bəyanatında deyilir.
İri SES-lərin inşasına qarşı analoji görüş bundan əvvəl başqa bir yüksək dağlıq regionda – Raçedə keçrilib. Əhali Rioni çayı üzərində iki böyük – Oni-1 və Onu-2 SES-in tikilməsinə qarşı çıxıb.
Bu SES-lərin ümumi gücü 206 meqavat təşkil edə bilər.
Yüksək dağlıq Acariya regionunda SES inşasına qarşı hərəkat
2019-cu il fevralın 9-da Acariyada Maçaxela dərəsində “Söz adamı” – SES tikintisinə qarşı hərəkat təsis edildi. Hərəkatda Maçaxela dərəsinin beş kəndinin sakinləri birləşərək, söz veriblər ki, torpaqlarını SES inşa edən şirkətlərə satmayacaqlar.
Maçaxela çayı üzərində 30 meqavatlıq SES-in inşasını “Maçaxela SES” şirkəti planlaşdırır. Yerli əhali bəyan edir ki, dərədə ekoturizmi inkişaf etdirmək niyyətindədirlər və SES belə bir “eko-kəndin” salınmasına mane olacaq.
Son illərdə inşa edilən su elektrik stansiyalarının etibarlı olmaması da bura əlavə olunur.
Şuaxevi SES istismara veriləndən iki ay sonra iki tunel çöküb. Şirkət bildirir ki, çökmə “gözlənilməz geoloji proseslərlər” bağlı olub.
Şüaxevi SES-in tikintisinə 400 milyon dollar xərclənib və hazırda onun fəaliyyəti tamam dayandırılıb.
Şuaxevi bələdiyyəsinin Buturauli kəndində etiraz aksiyaları keçirilir. Yerli sakinlər bildirirlər ki, SES tikintisindən sonra torpaq sürüşməsi halları çoxalıb, evlər çat verib, 40 ailə isə köçürüləcəklərini gözləyirlər.
Xelvaçauridə isə Kirnati SES-i idarə edən Acarenerji şirkəti Çoroxi çayını elə haçalayıb ki, su Maradidi və Kirnati kənd sakinlərinin torpaq sahələrini basıb.
Hakimiyyət hadisələrlə bağlı hələ ki, konkret reaksiya bildirməyib.