Ermənistanda koronavirus: 13-cü ölüm, 40 yeni yoluxma halı. Fövqəladə vəziyyətin uzadılması gözlənilir
Ermənistanda koronavirusdan 13-cü ölüm halı qeydə alınıb. 86 yaşlı qadın vəfat edib.
Bir gün öncə, aprelin 10-da Ermənistanda koronavirusdan iki nəfər birdən ölüb. Hər ikisinin xroniki xəstəlikləri olub.
Rəsmi məlumata əsasən, 40 yeni yoluxma halı qeydə alınıb. Yoluxanların ümumi sayı 977 nəfərə çatıb. Sağalanlar 173 nəfərdir.
6,484 test neqativ nəticə verib.
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətə fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı qərarın hazırlanması tapşırığını verib. İlkin olaraq fövqəladə vəziyyət rejiminin martın 16-dan aprelin 14-ə qədər davam etməsi haqda qərar verilmişdi.
Aprelin 12-ə qədər (daxil olmaqla) ölkədə ciddi hərəkət məhdudiyyəti rejimi də qüvvədədir.
Hökumətin qərarına parlamentin növbədənkənar sessiyasında baxılacaq. Ehtimal olunur ki, bu iclas bazar ertəsi, aprelin 13-də baş tutacaq.
Ermənistanda martın 16-dan ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır. Metro da daxil olmaqla, bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Martın 25-dən insanların hərəkətinə ciddi məhdudiyyət gətirilib. Evdən yalnız xüsusi ehtiyac olduğu zaman çıxmaq olar – pasportla və “hərəkət anketi ilə”. Pozuntulara polis nəzarət edir.
Aprelin 10-da səhiyyə naziri Arsen Torosyan fövqəladə vəziyyət rejiminin uzadılması təklifi ilə çıxış edib.
“Biz hesab edə bilmərik ki, yoluxma dayanır və 100 faiz sönür. Əgər əvvəllər, məsələn, 50 yoluxma baş verirdisə, amma eyni mənbədən, məsələn, böyük istehsalat müəssisəsində, indi 16, 20, 30 hal baş verir, amma 10 və ya 20 ayrı-ayrı adamdan. Müvafiq olaraq, koronavirusa yoluxma prosesi nəzarətdən çıxıb”, – nazir bildirib.
- “Koronavirusa yoluxma prosesi nəzarətdən çıxıb” – Ermənistanın səhiyyə naziri
- Onlayn operalar, konsertlər və həkimlərin rəqsləri. Ermənistan sakinləri karantində necə əylənir?
- Qafqazda koronavirus. Yenilənir
Ermənistanda Pasxa qeyd olunacaq. Erməni Apostol Kilsəsi koronavirus pandemiyasının təhlükəsi ilə əlaqədar olaraq Məsihin Dirilməsini aprelin 12-də ilk dəfə inanclıların mədəbə toplaşmaması şəraitində keçirilməsini təklif edib.
Əksəriyyət bu qərarı fəal şəkildə dəstəkləyir. Amma sosial şəbəkələrdə evdə oturmaq niyyətində olmadıqlarını və nə olursa-olsun Pasxa möizəsini dinləmək üçün kilsəyə gedəcəklərini yazanlar da var.
Pasxada Ermənistanda ənənəvi olaraq süfrələri boyanmış yumurtalarla, bayram plovu, balıq, göyərti və şərabla bəzəyirlər. Ənənə bu gün də pozulmur.
Yerevan bazarlarında çox sayda adam var. Çoxları da bir-biri arasında məsafəni gözləmir, maska və əlcək taxmır. Yeri gəlmişkən, Ermənistanda maskanın rolu ətrafında da mübahisə edirlər. Hətta səhiyyə naziri də onların əhəmiyyəti ilə bağlı şübhələrini dilə gətirib.