Ermənistan parlamentində Rusiya səfirinin eks-prezident Koçaryanla görüşündən narazılıq ifadə olunub
Yenilənib
Məlum olub ki, Rusiya səfiri Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu haqda hakim partiyadan olan deputat və parlamentin Xarici Əlaqələr Komissiyasının sədri Ruben Rubinyan Facebook səhifəsində yazıb.
“Xarici İşlər Komissiyasının RF səfiri və Robert Koçaryanın görüşünün müzakirə olunduğu iclasından sonra xarici işlər naziri Zohrab Mnakatsyanla danışdım. Nazir mənə bildirdi ki, əslində Rusiya səfiri bununla bağlı ötən cümə XİN-ə dəvət olunub, burada onunla Ermənistanın daxili işlərinə qarışılmaması kontekstində söhbət aparılıb.
(Xarici işlər nazirinin) müavini Qriqor Ohanesyan isə iclas zamanı bu haqda bildirməyib, çünki həmin vaxt bu informasiyanı açıqlamaq icazəsi olmayıb”.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın keçmiş prezidenti Koçaryanla görüşüb. Parllament deputatları görüşlə bağlı açıq şəkildə narazılıq ifadə ediblər və hətta Ermənistan Xarici İşlər Nazirliyinin məsələyə reaksiya verməsini tələb ediblər. XİN nümayəndəsinin cavabı qısa olub: bu görüşdə pis heç nə yoxdur.
İkinci prezidentlə Rusiya səfiri arasındakı görüş haqda məlumatları və bu görüşün niyə deputatların qəzəbinə səbəb olduğu haqda danışırıq.
• Ermənistanın eks-prezidenti hazırkı baş nazirə qarşı iddiasından imtina edib
Səfir və Koçaryan niyə görüşüblər?
Sergey Kopırkin və Robert Koçaryanın görüşü haqda informasiya çox deyil. Məlumdur ki, səfir eks-prezidentin ofisinə gedib. Görüş tet-a-tet baş tutub. Konkret hansı məsələlərin müzakirə olunduğunu tərəflər açıqlamır.
Görüşdən bir sutka sonra Rusiyanın Ermənistandakı səfirliyi aşağıdakı məzminda məlumat yayıb:
“İctima-siyasi və işgüzar çevrələrin nümayəndələri ilə mütəmadi görüşləri çərçivəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri C.P.Kopırkin Ermənistan Respublikasının ikinci prezidenti R.C.Koçaryanla görüşüb”.
Bundan sonra mətbuatda tərəflərin Rusiya prezidentinin payızda Ermənistana baş tutacaq işgüzar səfəri zamanı Vladimir Putinlə Robert Koçaryanın görüşü ilə bağlı razılığa gəldikləri haqda xəbər yayıldı.
Narazılıq nədən qaynaqlanır?
Məsələ burasındadır ki, eks-prezident “1 mart” səs-küylü cinayət işi üzrə təqsirləndirilən şəxsdir.
2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 2008-ci il 1 mart işi üzrə konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürülüb. O zaman prezident seçkilərinin nəticələrini tanımayanların nümayişi dağıdılarkən silah tətbiq olunmuş, iki nəfəri hüquq-mühafizə orqanlarının nümayəndəsi olmaqla 10 nəfər həlak olmuşdu.
Konstitusiya quruluuşunun devrilməsi Koçaryana qarşı irəli sürülən yeganə ittiham deyil. 2019-cu ilin fevralından ona qarşı 927 milyon dram (3 milyom dollar) rüşvət almaqla bağlı daha bir ittiham irəli sürülüb. Bu ittiham 2018-ci ilin noyabrında iş adamı Silva Ambartsumyanın keçmiş prezidentə qarşı verdiyi ifadəyə əsaslanır.
Robert Koçaryan həbs olunub və təxminən 5 ay həbsdə qalıb. Hazırdaa onun haqqında qətimkanı dəyişdirilib və o, azadlığa buraxılıb, amma ona qarşı cinayət işi davam edir.
Koçaryanla səfirin görüşü ilə bağlı narazılıqlar, böyük ehtimalla onun Rusiyanın siyasi elitası ilə sıx əlaqələrinin olması ilə bağlıdır. Erməniostan mediası dəfələrlə Koçaryanın Rusiya prezidenti ilə dost münasibətlərində olduğu haqda yazıb.
Narazılıq necə ifadə olunub?
Məsələn, Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyan bildirib ki, Ermənistanın eks-prezidenti ölkənin ictima-siyasi çevrələrinin nümayəndəsi deyil:
“Mən Rusiya Federasiyası səfirinin bu görüşünü alqışlamıram. Nəticədə hər hansı ölkənin səfiri siyasi müstəvinin bütün spektrlarlarının nümayəndələri ilə görüşə bilər, amma burada məsələ başqadır. Bu şəxsə qarşı irəli sürülmüş ittihamlar bu adamı təmiz siyasi müstəvidən bir qədər sıxışdırıb çıxarır”.
Robert Koçaryan və Rusiya prezidenti Vladimir Putinin ehtimal olunan görüşünün hazırkı vəziyyətə və eks-prezidentə qarşı irəli sürülmüş ittihamlara təsiri ola bilərmi, sualının cavabında Mirzoyan bildirib ki, bu mümkün deyil:
“Heç vaxt. Hər hansı bir ölkənin prezidenti, bizim ölkənin baş naziri və ya hər hansı digər şəxsl münasibətlər ittihamlara və ümid edirəm ki, ədalət mühakiməsinə və hökmə təsir edə bilməz”.
Ölkə XİN-i vəziyyəti başqa cür görür
Xarici İşlər Nazirliyində hesab edirlər ki, Sergey Kopırkinin Robert Koçaryanla görüşü diplomatik etiket hüdudlarını aşmır. Səfiri aydınlıq gətirməsi üçün Xarici İşlər Nazirliyinə çağırmaqdan ötrü heç bir səbəb yoxdur. Bu haqda nazir müavini Qriqor Ohanesyan bildirib:
“Səfirin görüşü diplomatik protokoun hüdudunu aşmır. Əlbəttə, biz hamımız siyasi və ictimai xadimlərin fikirlərini eşitdik, müxtəlif reaksiyaları gördük. Xarici İşlər Nazirliyinə gəlincə, bu, bizim tərəfimizdən xüsusi araşdırma mövzusu ola bilməz”.
Bu bəyanat məsələni parlamentdə qaldıran müxalif deputatları, dahja sonra isə spiker Ararat Mirzoyanı təəccübləndirib. O, nazir müavinlərindən məhz hansının bu bəyanatı səsləndirdiyini dəqiqləşdirib və yekundə belə nəticəyə gəlib ki, Ohanesyan öz şəxsi mövqeyini bildirmiş ola bilər.