Ermənistanda koronavirus: niyə ölkə epidemiyanın öhdəsindən gəlmədi?
Kiçik coğrafi ölçülərə və pandemiyaya qədər iki quru sərhədinə – Gürcüstan və İranla – sahib olan Ermənistan niyə xəstələrin sayına görə region liderinə çevrildi?
Ermənistanda rəqəmləri diqqətlə izləyir və nəinki həkimlər və ekspertlər, həm də sadə sakinlər də müstət tendensiya tapmağa çalışırlar.
Hər gün səhər saat 11:00-da Səhiyyə Nazirliyi xəstələnənlər və sağalanlar haqda ən son göstəriciləri açıqlayırlar, insanlar hesablara qərq olur – yeni rəqəmləri əvvəlki günlərin göstəriciləri ilə müqayisə edirlər. Alnan nəticələr hələlik ürəkaçan deyil.
Ümumilikdə hər gün ölkədə təxminən 2000 test edilir, onlardan 25-30 faizi müsbət nəticə verir.
Bu mənzərə artıq bir neçə həftədir ki, dəyişmir. İki nəticə ortaya çıxır.
Birincisi, hakimiyyət və komendantlıq virusun adambaşı yayılmasının qarşısını almağa nail olub və yüksəliş dinamikası stabilləşib. İkincisi, hakimiyyət Ermənistanda epidemioloji böhranın öhdəsindən gəlmək üçün daha bir addım ata bilmir.
Vəziyyətin analzi – yanlış nədə idi?
- Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığı kəndin çətin həyatı
- Ermənistanda aqroinqilab. İki kəndin misalında bu nə deməkdir
Ermənistanda müalicə necə gedir? – konkret misal əsasənda
Kimdəsə əlamətlər özünü göstərəndə, əvvəlcə o, qeydiyyat ünvanına görə poliklinikaya müraciət etməlidir. Sahə həkimi bir neçə müayinə, sonra ehtiyac olarasa, test təyin edir.
Mqer Barseqyan test vermək üçün 8 gün gözləməli olub. O, anası ilə yaşayır. İlk əlamətlər – baş ağrısı və zəiflik də məhz anasında yaranıb. Daha sonra onun özünün temperaturu qalxıb. Cavan oğlan əvvəlcə elə bilib ki, soyuqlayıb:
“Çalışdım ki, virusla bağlı maksimum tez test verim. Məlum oldu ki, bu, elə belə deyil. Poliklinika həkiminə zəng vurdum. Paralel olaraq anasının vəziyyəti pisləşməyə başlayıb. O, xəstəliyi daha ağır keçirib. Poliklinikada mənə rentgen elədilər və antibiotik təyin etdilər. Anam poliklinikaya gedə bilmədi, çünki çox zəif idi. Mənim də vəziyyətim yaxşılaşmırdı və həkim bizə test təyin etdi”.
Nəticə müsbət oldu və aləmə ikihəftəlik özünütəcrid rejiminə keçmək lazım olduğu deyildi.
Bir neçə gündən sonra oğul və ananın vəziyyəti yaxşılaşmağa başlayıb, hərçənd halsızlıq və normadan yüksək temperatur tam bir həftə davam edib.
“Səhiyyə sisteminin nə dərəcədə yüklənmiş olduğunu nəzərə alsaq, bizə qarşı diqqətdən və müalicədən razıyam. Bilmirəm test məsələsini niyə bu qədər uzatdılar. Ola bilər ki, test çatışmırmış. Amma belə vəziyyətdə insan diaqnozu mümkün qədər tez öyrənnmək istəyir ki, hansısa tədbirlər görə bilsin”.
İyunun əvvəlində Ermənistanın səshiyyə sistemi pik dərəcədə yüklənərək işinə davam edib. Xəstənin xəstəxanalarda boş yerlər olmadığı üçün vaxtında xəstəxanaya yerləşdirilmədiyi üçün vəfat etdiyi hallar da olub.
Amma hakimiyyət daha bir neçə tibb müəssisəsini koronaviruslu xəstələrin müalicəsi üçün uyğunlaşdıra bilib. Əgər yeni yoluxma dalğası baş verməzsə, Ermənistanın səhiyyə sistemi artıq kollapsla üzləşməyəcək.
Niyə Ermənistan koronavirus təhlükəsinin qarşısını ala bilməyib?
Ermənistanda koronavirusun yayılmasının qarşısını alacaq amillər arasında 90-cı illərdən Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması göstərilir. Epidemiya ilə bağlı İranla sərhədi Ermənistan artıq fevralın 24-dən, Gürcüstanla isə martın13-dən bağlanıb.
Politoloq Aleksandr İskandaryan hesab edir ki, hakimiyyət məhdudiyyətləri çox gec tətbiq edib və çox gec karantin tədbirlərinə keçib:
“Martın 1-də Ermənistanda ilk yoluxma halı qeydə alınıb. Bu, İrandan qayıdan Ermənistan vətəndaşı olub, daha sonra İtaliyadan gələn yoluşmuş şəxslər oldu. Amma martın ortasına qədər Ermənistanda epidemiyanın qarşısını almaq üçün heç bir ciddi addım atılmayıb. Hakimiyyət təsəlliverici bəyanatlarla çıxış edirdi, bildirilirdi ki, təşviş üçün əsas yoxdur, vəziyyət nəzarət altındadır. Hələ fövqəladə vəziyyət elan olunana bir neçə gün qalmış məmurlar İtaliya da daxil olmaqla Avropa ölkələri ilə aviareysləri dayandırmağa lüzul olmadığını bildirib”.
Ehspertlər hesab edirlər ki, hakimiyyət siyasi səbəblərdən məhdudiyyətlərin tətbiqinə getmirdilər.
Koronavirus Ermənistanı konstitusiya dəyişiklikləri ilə bağlı referendum ərəfəsində təbliğat kampaniyası zamanı yaxalayıb. Referendumun təşəddüskarı iqtidarda olan siyasi qüvvə idi. Fövqəladə vəqiyyətin tətbiqi isə referendumun təxirə salınması demək olardı. Amma ən sonunda yenə də referendumu təxirə salmaq lazım gəldi.
“Hələ martın 11-də, yəni fövqəladə vəziyyət elan olunmazdan beş gün əvvəl baş nazir Nikol Paşinyan ölkə böyü səyahət edir, vətəndaşları aprelin əvvəlində referenduma gəlməyə çağırırdı. Yeksək səviyyəli legitimliyi saxlayan hakimiyyət problemin Ermənistandan kənar keçəcəyinə ümid edərək belə bir siyasət yürüdə və İranla sərhədi bağlayıb, Çinlə hava əlaqəsini kəsməyin kifayət olacağını düşünə bilərdi. Nəticədə pandemiya ilə mübarizə tədbirləri gecikdi. Baş nazir sonradan müraciətlərinin birində hökumətinin səhvini etiiraf etməli oldu”.
Vaxtında karantin tətbiq etməyə mane olan başqa bir amil iqtisadiyyatın çökməsinə yolverməmək cəhdidir.
Ötən ilki nəticələr fonunda Paşinyan hökuməti bu il böyük iqtisadi yüksəliş planlaşdırırdı. İlkin mərhələdə bu planların üzərindən xətt çəkmət asan deyildi. Yalnız sonradan tədricən virusla bağlı vəziyyətin nə dərəcədə ciddi olduğunu dərk etmək mümkün oldu. Amma hətta bu şətrlər altında da hakimiyyət uzun müddətli lokdauna yol verəcək durumda deyildi. Sərt karantin martın 16-da başladı, mayın əvvəlindən isə yumşaldılmağa başladı.
İndi baş nazir vaxtaşırı olaraq yenidən zavodları bağlamağa və iqtisadiyyatı müvəqqəti tətilə göndərməyə hazır olduqlarını bəyan edir, amma reallıqda bu çox çətin məsələdir. Aprel və may göstəriciləri onsuz da göstərdilər ki, bu il iqtisadi göstəricilər mənfi olacaq. Hökumət açıq şəkildə bəyan edib ki, məhdudiyyətlərə qayıdış hadisələrin ən arzuolunmaz inkişaf variantıdır.
Hökumət insanları günahlandırır
Ermənistanda bəzi məhdudiyyətlər hələ də qüvvədədir. Ölkədə karantin ləğv olunandan sonra həm açıq, həm də qapalı məkanlarda maska taxmaq sərt tələb kimi qoyuldu. Əgər maşında sürücüdən başqa sərnişin də varsa onların hər biri maskada olmalıdır. Maskasız yalnız idman eləmək olar. Bu yaxınlarda konkret xəstəlikləri olan insanlara maska taxmamağa icazə verilib. Səhhətindəki problemi təsdiqləyən həkim arayışı olduğu zaman vətəndaş maska taxmadığı üçün cərimələnmir.
Kütləvi toplantılarla və tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir. Yerevan küçələrinə polislər nəzarət edir. Sosial şəbəkələrdə isə insanlar onların qayda pozucularını yaxaladıqları haqda videolar paylaşırlar.
Hakimiyyət vətəndaşların təhlükəszilik qaydalarına əməl etməmələrindən narazıdır və hesab edir ki, virusun yayılmasının əsas səbəbi bununla bağlıdır. Baş nazirin sözlərinə görə hər gün maska taxmadığına görə 3 min nəfər cərimələnir.
“Bizim məqsədimiz kimisə cərimələməkdən ibarət deyil. Əksinə, cərimələr haqda danışdığımız zaman biz vətəndaşları maska taxmağa sövq etmək istəyirik, üstəlik onların effektivliyi artıq beynəlxalq səviyyədə sübuta yetirilmiş faktdır”, – Nikol Paşinyan deyib.
Sakinlər kimi günahlandırır?
Ermənistanda koronavirus yayılmağa davam etsə də, həyatlarını xilas etmək mümkün olmayanların sayı isə min nəfərə yaxınlaşsa da, insanlar bunda hakimiyyəti günahlandırmır.
Yerevan küçələrində JAMnews-un sorğusu göstərib ki, onlar virusun yayılmasında əsas səbəb kimi ölkə sakinlərindən bir hissəsinin təhlükəsizlik qaydalarına əmək etmək istəməməsini görürlər.
Onların dedikləri:
“Hökumət virusla normal mübarizə aparır. Biz yaxında olmalı və bu işdə yardım etməliyik, yalnız tənqid etmək olmaz. İnsanların davranışlarını isə pis qiymətləndirirəm. Çünki əgər biz hamımız tətbiq olunan qaydalara riayət etsək, vəziyyət yaxşılaşacaq”.
“Mən düşünürəm ki, əgər cərimələr yüksək olsaydı, daha çox insan maska taxardı”.
“Hökumət bacardığını edir. Qalanı bizdən asılıdır. Xalq hökumətə kömək etməlidir, insi isə hamı şikayətlənir”.
Ermənistan sakinlərinin bu vəziyyətlə bağlı hökumətdə günah görmədiyini sosioloji sorğunun nəticələri də təsdiqləyir. “GALLUP International”ın apardığı sorğuya əsasən, iyunda – ölkədə hər gün 500 civarında və daha artıq yoluxma halı qeydə alındığı zaman ölkə əhalisinin 67,9 faizi hökumətin fəaliyyətini dəstəkləyir. Şəxsən Nikol Paşinyanın şəxsi reytinqi 85 faizə çatır.