Ermənistanın baş nazirinin fəaliyyətini əksəriyyət dəstəkləyir: GALLUP International-ın sorğusu
Ermənistanda sorğu edilənlərin 85 faizi baş nazir Nikol Paşinyanın fəaliyyətini dəstəkləyir – MPG (Marketing Professional Group) şirkətinin apardığı sorğunun nəticələri bunu deyir. Bu, Ermənistanda GALLUP International-ı təmsil edən yeganə sosioloji təşkilatdır.
Baş nazir Nikol Paşinyan 2018-ci il “məxməri inqilabdan” bəri reytinqlərdə liderlik edir.
Sosioloji sorğunun nəticələrinə görə, ölkənin siyasi oyunçularının reytinqi və ekspert rəyi.
● Ermənistan: “dəyərlər” uğrunda mübarizlər uşaqları müdafiə etməyə mane olmayacaqlar
Sorğunun nəticələri
“Müxalifətin fəaliyyətini sorğu edilənlərin 22,7 faizi, Milli Məclisin fəaliyyətini 54,7 faizi, hökumətin fəaliyyətini 67,9 faizi, prezidentin fəaliyyətini 79,3 faizi, baş nazirin fəaliyyətini isə 85 faizi dəstəkləyir”, – MPG şirkətinin direktoru Aram Navasardyan iyulun 3-də mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sorğular iyunun 10-dan 27-ə qədər telefon vasitəsilə aparılıb. Ümumilikdə sorğuda 1002 nəfər iştirak edib. Sorğunun alternativ yanlışlıq payı 3 faiz təşkil edir.
2019-cu ilin dekabrında həmin MGP şirkəti belə bir sorğu keçirib. O zaman Ermənistanda ən populyar şəxs o vaxt da baş nazir Nikol Paşinyan (83,2 faiz) və Armen Sarqsyan (83 faiz) olub.
Ekspert rəyi
Politoloq Qrant Mikaelyan hesab edir ki, indi cəmiyyətin fikrinin əslində necə olduğunu anlamaq çətindir, əldə olunan göstəricilərin yalnız təxmini dəqiqliyinə ümid etmək olar:
“Şirkətin işi ilə bağlı sual yoxdur. Bu gün sosioloji müstəviyə nə dərəcədə inanmaq olar, bu ayrı məsələdir.
İnsanlar bütün digər ölkələrdə olduğu kimi əgər fikirlərinin çoxluğun fikrindən fərqləndiyini hesab edirlərsə, onlar öz fikirlərini ifadə etməkdən qorxurlar. Hazırda biz kifayət qədər sərt çağırışlar eşidirik, o cümlədən də yuxarı səviyyədən. Bu da inlanların fikirlərini necə ifadə etməsinə təsir edir”.
Son ay ərzində Ermənistanda əhalinin bir hissəsinin xoşuna gəlməyən bir neçə mühüm hadisə baş verib. Söhbət əmlak vergisinin artırılmasından və iyunun sonunda parlament tərəfindən qəbul edilən konstitusiya dəyişikliyindən gedir. Bundan başqa, ölkədə koronavirus epidemiyası davam edir və ölkə əhalisinin müəyyən hissəsi hökuməti səmərəsiz fəaliyyətdə günahlandırır.
Bu fonda ba nazirin reytinqinin yüksək olmasını politoloq “hakimiyyətin cəmiyyətlə intensiv kommunikasiyanı davam etdirməsi” ilə izah edib:
“Çox vaxt deyirlər ki, müxalifət böyük media resurslarına nəzarət edir. Amma əgər əhalinin istehlak etdiyi mediakontent haqda danışsaq, bu əsasən müxtəlif Yotube kanalları, Premier layvları, hakimiyyətə loyal olan kanallardan ibarətdir. Cəmiyyətin böyük hissəsi alternativ fikirdən xəbər tutmur”.
Müxalifətin reytinqinə gəlinncə, 22,7 faiz təşkil edir. Mikaelyan bu göstəricini kifayət qədər aşağı hesab edir:
“Sorğuda iştirak edənlərin çox kiçik faizinin müxalifəti dəstəkləməsi onu göstərir ki, bizdə hazırda partiya sistemi çox zəifdir. Ya daha da zəifləyib, ya da ən azı güclənmir”.