Ermənistanda hərbçi ailələrinin kredit borcları silinib və hərbi dövr üçün vergi güzəşti tətbiq edilib
Ermənistan parlamenti “Hərbi dövrdə vergi güzəştləri haqda” qanun layihəsi qəbul edib, dövlət və ordu üçün ianələr vergidənn azad olunub.
Deputatlar Vergi Məcəlləsinə dəyişikliklər layihəsini də təsdiqləyiblər. Dəyişikliklər yaralanmış hərbçilərin və həlak olmuş hərbçilərin ailələrinin kreditlərini silməyə imkan verir.
Bundan başqa, Hərbçilərin Sığorta Fondu həlak olan, yaralanan və itkin düşən əsgərlərin ailələrin kompensasiya ödəyəcək. Bu haqda fondun direktoru Varujan Avetikyan Yerevanda keçirilən brifinqdə bildirib.
•“Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik həlli yoxdur” – Ermənistanın baş naziri
•Müharibə səngərdən necə görünür? Dağlıq Qarabağdan video
Vergi və kredit güzəştlərinin detalları
“Hərbi dövr şəraitində vergi güzəştləri haqda” qanun layihəsinə görə, dövlətə təhvil vermək üçün ölkəyə mal gətirən şirkətlər və fərdi şəxslər həm gömrük rüsumundan, həm də ƏDV və gəlir vergisindən (əgər həmin mal ölkəyə gətirildiyi zaman bu vergilər nəzərdə tutulubsa) azad edilir.
Üstəlik qanun layihəsi geri tarixlə işləyəcək. Layihə sentyabrın 27-dən, Qarabağda ikinci müharibə başlayandan qüvvəyə minir. Amma bu tarixdən əvvəl ölkəyə gətirilən, amma sonra dövlətə bağışlanan malların da üzərindən bu vergilər götürüləcək.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, hərbi əməliyyatlarda iştirak edənlərin – hərbçilərin, çağırışçıların, könüllülərin ümidsiz kreditləri silinir. Həlak olduqları və ya yaralanaraq əlil olduqları zaman onlarla yaşayan qohumlarına da bu güzəşt tətbiq edilir. Bu dəyişikliklər də geri tarixlə – sentyabrın 27-dən qəbul olunub.
Hərbçilərin Sığorta Fondunun kompensasiyası
2017-ci il yanvarın 1-dən fond bütün yaralanan və həlak olan döyüşçülərin ailələrinə ödəmələr edir. Fond ölkənin hər bir işləyən vətəndaşının ödəmələri hesabına mövcuddur. Hər ay əməkhaqlarından 1000 dram (2 dollardan bir qədər çox) ödəniş olunur.
Fond direktoru Varujan Avetikyanın sözlərinə görə bu illər ərzində 60 milyon dollar ekvivalentində vəsait toplanıb. Və bu vəsait həlak olanların, yaralananların də itkin düşənlərin ailələrinə xərclənəcək.
Hər bir ailəyə 52 milyon dramdan 82 milyon drama qədər (120-160 min dollar) vəsait təqdim olunacaq. Amma kompensasiyalar iki mərhələdə ödənəcək. Əvvəlcə həlak olanların, itkin düşənlərin və ya birinci qrup əlil olanların ailələrinə 10 milyon dram (20 min dollar), ikinci qrup əlil olanların ailələrinə isə 5 milyon dram (10 min dollar) həcmində məbıəğ ödənəcək.
“Daha sonra hər ay bu ailələr əlavə olaraq 100-300 min dram (200-600 dollar) həcmində, əgər hərbçinin üç və daha artıq övladı varsa, o zaman ailə 100 min dram (200 dollar) ala biləcəklər”, – Varujan Avetikyan deyib.
Onun sözlərinə görə, yalnız son üç həftə ərzində fondun hesabına Ermənistan sakinlərinin 80 faizindən əlavə 4,5 milyon dram (9 min dollar) həcmində ianə daxil olub.